Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Ağdam

Ağdam

Təbii-coğrafi mövqeyi

Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında, yəni Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Şimalda Tərtər və Bərdə rayonları ilə, cənubda  Xocavənd, şərqdə  Ağcabədi rayonu ilə, qərbdə isə,  Kəlbəcər rayonu və Xocalı şəhəri ilə həmsərhəddir.

 

İşğal olunmuşdur  –23 iyul 1993-cü il

Ərazisi   1094 km²  (846, 7 km²  işğal altındadır)

İşğal olunan zaman əhalisinin sayı (min nəfər)   165000

Hazırda əhalisinin sayı (min nəfər)  –  182000 (onlardan 145000 nəfəri məcburi köçkündür )

İşğal olunmuş şəhər, qəsəbə və kəndlərin sayı – 1 şəhər, 83 kənd Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi və 10 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 90 min nəfər əhali (37 min yerli,        53 min məcburi köçkün) yaşayır.

Mədəni -məişət obyektləri  – 598

Şəhid olmuşdur   538

Əlil olmuşdur   587

Milli qəhrəmanlar   17

Ağdam  rayonu ilə  Bakı arasında olan məsafə – 362 km

 

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri


1. Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri)
2. Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam Xankəndi yolunun sağ tərəfində)
3. Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri)
4. Vəlixantəpə yaşayış yeri – eneolit dövrü (Ağdam- Ağcabədi şosesinin 1,5 km-də)
5. Kurqan – tunc dövrü (Novruzlu kəndi)
6. İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi)
7. Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında)
8. Yaşayış yeri – antik dövrü (Qərvənd kəndi)
9. Şomullutəpə yaşayış yeri - eneolit dövrü (Mirəşrəfli kəndindən 1 km şimal-şərqdə)
10. Bənövşələr təpəsi yaşayış yeri - eneolit dövrü (Mirəşəlli Armudlu kəndlərinin arasında)
11. Kültəpə yaşayış yeri - eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal-şərqdə)
12. Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi)
13. Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal-qərbində)
14. Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30-40 m. şimalında)
15. İsmayılbəy təpəsi yaşayış yeri - eneolit dövrü (Armudlu kəndi)
16. Kəbləhüseyn yaşayış yeri - eneolit dövrü (Kəbləhüseyn kəndi)
17. Namazəli təpəsi yaşayış yeri - eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə)
18. Kurqan çölü – e.ə. II-I minilliklər (Boyəhmədli kəndi)
19. Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında)
20. Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)
21. Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)
22. Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində)
23. Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində)
24. Güllütəpə - I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi)
25. Güllütəpə - II yaşayış yeri- son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub- şərqində)
26. Misir qışlağı yaşayış yeri - son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə)
27. Kurqanlar - son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə)
28. Qala qalıqları- orta əsrlər (Tarnaut kəndi)
29. Nekropol - orta əsrlər (Kəngərli kəndi)
30. Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi)
31. Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə)
32. Çaqqalı təpənin yaşayış yeri- eneolit dövrü ((Quzanlı kəndindən şimal-şərqdə)
33. Əjdahatəpə yaşayış yeri - eneolit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə)
34. Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi)
35. Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi)
36. Nekropol – antik dövrü (Seyidli kəndi)
37. Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi)
38. Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi)
39. Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində)
40. Göytəpə kurqanları - tunc dövrü (Göytəpə kəndinin qərbində)
41. Şümürlütəpə kurqanı- tunc dövrü ( Əfətli kəndi)
42. Balatəpə kurqanı - tunc dövrü ( Əfətli kəndi)
43. Yaşayış yeri – antik dövrü ( Sarıhacılı kəndi)
44. Çinartəpə yaşayış yeri- e.ə.II-I minilliklər ( Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə)
45. Sarıhacılı yaşayış yeri və nekropol – eneolit, tunc dövrü ( Sarıhacılı kəndindən 2 km. cənub-şərqdə)
46. Sarıhacılı tayı yaşayış yeri- tunc dövrü ( Sarıhacılı kəndindən 2,5-3 km. şərqdə)
47. Ağtəpə yaşayış yeri- tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)
48. Çəmənli təpə kurqanı - eneolit, tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)
49. Seyid Mustafa yaşayış yeri – eneolit ( Bala  Baharlı kəndindən 2 km. qərbdə)
50. Yaşayış yeri – e.ə.V-I minilliklər ( Baharlı kəndi)
51. Yaşayış yeri – antik dövrü ( Əhmədavar kəndi)
52. Qəhrəmanbəyli kurqanı – tunc dövrü (Qəhrəmanbəyli kəndi)
53. I və II Qoşatəpə yaşayış yeri - eneolit dövrü ( Əhmədağalı kəndi)
54. Əhmədoğlu yaşayış yeri - eneolit (Əhmədağalı kəndi)
55. Məscidtəpə yaşayış yeri – eneolit (Əhmədağalı kəndi)
56. Əzginlitəpə yaşayış yeri – eneolit (Əhmədağalı kəndi)
57. Vəlibəy təpələrii ( 4 ədəd ) – eneolit , tunc dövrü və orta əsrlər (Əhmədağalı kəndində 2 km şərqdə)
58. Yaşayış yeri - antik dövr ( Poladlı kəndi)
59. Qasımtəpə yaşayış yeri – ilk tunc dövrü (Qiyaslı kəndi)
60. Çinartəpə yaşayış yeri – tunc dövrü ( Şelli kəndi )
61. Yaşayış yeri – e.ə. V-I minilliklər ( Evoğlu kəndi )
62. Qaradağlı kurqanları – tunc dövrü ( Qaradağlı kəndinin qərbində )
63. Bəyliktəpə kurqanı – ilk tunc dövrü (Qaradağlı kəndinin şimal-şərqində)
64. Xırmantəpə kurqanı – ilk tunc dövrü ( Çuxurməhlə kəndi)
65. Hüseyntəpə kurqanları – ilk tunc dövrü ( Çuxurməhlə kəndinin qərbində)
66. Çuxurməhlə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi)
67. Qaratəpə yaşayış yeri – son tunc, ilk dəmir dövrü ( Şıxbabalı kəndinin cənubunda)
68. Gülablı kurqanları – son tunc, ilk dəmir dövrü (Gülablı kəndinin şımal-şərqində)
69. Maqsudlu kurqanları – tunc dövrü (Maqsudlu kəndindən 3 km şərqdə)
70. Töyrətəpə kurqanları – tunc və dəmir dövrü (Güllücə kəndinin şimalında)
71. Karvansaray təpə və Çaparyeri yaşayış yeri – ilkin orta əsrlər (Güllücə kəndinin cənub-qərbində)
72. Yüzbaşlı təpəsi yaşayış yeri – eneolit (Yuxarı Yüzbaşlı kəndi)
73. Ağabəy təpəsi yaşayış yeri – eneolit (yuxarı Yüzbaşlı kəndinin şımalında)
74. Abdüləzim təpəsi yaşayış yeri –  eneolit (Aşağı Yüzbaşlı kəndindən 1,3 km şərqdə)
75. Şükürbəyli təpəsi yaşayış yeri – eneolit ( Aşağı Yüzbaşlı kəndindən 2,3 km şımal-şərqdə)
76. Sarıçoban kurqanları – tunc dövrü (Sarıçoban kəndinin qərbində)
77. Bəşirtəpə yaşayış yeri – eneolit (Üçoğlan kəndi)
78. Böyüktəpə kurqanı və yaşayış yeri – tunc dövrü (Üçoğlan kəndi)
79. Kərimtəpə yaşayış yeri – eneolit (Üçoğlan kəndinin şımal-şərqində)
80. Qəbristan təpəsi – tunc dövrü (Üçoğlan kəndi)
81. I və II Üçoğlan yaşayış yerləri və kurqanlar – tunc dövrü (Sarıçoban kəndi)
82. Qaçaytəpə yaşayış yeri və nekropol – tunc dövrü ( Üçoğlan kəndi)
83. Güllütəpə yaşayış yeri - eneolit (Alıbəyli kəndindən 1 km. cənub şərqdə)
84. Kazımtəpə yaşayış yeri – eneolit (Alıbəyli kəndinin qərbində)
85. Sayadtəpə kurqanı – tunc dövrü ( Səfərli kəndinin qərbində)
86. Səfərli təpələri yaşayış yeri – eneolit (Səfərlı kəndi)
87. Leyla təpəsi II yaşayış yeri - eneolit (Eyvazlı kəndi)
88. Nəsirbəy təpəsi yaşayış yeri – eneolit  ( Eyvazlı kəndindən cənub-qərbdə)
89. Kərimtəpə yaşayış yeri – eneolit ( Eyvazlı kəndinin şərqində)
90. Əhəd təpəsi yaşayış yeri – eneolit (Eyvazlı kəndinin şərqində)
91. Düyü təpəsi yaşayış yeri – eneolit (Eyvazlı kəndindən 500 m. cənub- şərqdə)
92. Nazdıxan təpəsi yaşayış yeri – eneolit (Eyvazlı kəndindən 1,5 km. cənub-şərqdə)
93. Çullutəpə kurqanı - tunc dövrü (Çullu, İmamqulubəyli və Quzanlı kəndlərinin arasında)
94. Həsəntəpə kurqanı – tunc dövrü (Çullu kəndindən qərbdə)
95. Sultanbud kurqanı – tunc dövrü (İmamqulubəyli kəndinin şimal-qərbində)
96. Pənah xanın imarəti – XVIII əsr (Ağdam şəhəri, 20 yanvar küçəsi)
97. Pənah xanın türbəsi – XIX əsr (Ağdam şəhəri)
98. Xanoğlu türbəsi –  XVIII əsr (Ağdam şəhəri)
99. Türbə - XIX əsr (Ağdam şəhəri)
100. Sərdabə – XV əsr (Ağdam şəhəri, 20 yanvar küçəsi)
101. Körpü – XIV (Madaqiz kəndi)
102. Hatəm Məlik qalası – XII əsr (Ağdam şəhəri)
103. Məscid – 1868-ci il (Ağdam şəhəri)
104. Məbəd – VI-VIII əsrlər ( Şahbulaq kəndi )
105. Məbəd – VI əsr (Kəngərli kəndi)
106. Məbəd – XIII əsr (Tərtər çayının yuxarı axarında)
107. Türbə - XVIII əsr (Papravənd kəndi)
108. Məscid - XVIII əsr (Papravənd kəndi)
109. İqamətgah – XVIII əsr (Şahbulaq kəndi)
110. Karvansaray – XVIII əsr (Şahbulaq kəndi)
111. Bürc – XVIII əsr (Şahbulaq kəndi)
112. Məbəd – XV əsr (Maqsudlu)
113. Türbə - XVIII əsr (Maqsudlu kəndi)
114. Məscid – XVIII əsr (Qiyaslı kəndi)
115. Məbəd – XVI əsr ( Salahlı Kəngərli kəndi)
116. Məscid – XIX əsr (Boyəhmədli kəndi)
117. Türbə - XIV əsr (Kəngərli kəndi)
118. Türbə - XIX əsr (Ağdam şəhəri)
119. Uğurlu bəyin türbəsi - XIX əsr (Ağdam şəhəri)
120. Türbə - XIX əsr (Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbristanlığında)
121. Gavur Qala şəhərgahı – orta əsrlər (Ağdam şəhəri, Sofulu kəndi)
122. Qəbrisstanlıq – orta əsrlər (Papravənd kəndi)
123. Qədim qəbristanlıq – orta əsrlər (Qızıllı Kəngərli kəndi)
124. Abıştəpə yaşayış yeri – orta əsrlər (Üçoğlan kəndi )
125. Qulu Musa oğlu türbəsi – 1314 –cü il (Türbətli kəndi)
126. Üzərliktəpə yaşayış yeri - tunc dövrü (Ağdam şəhəri)
127. Seyid Lazım Ağanın məqbərəsi – XX əsr (Çəmənli kəndi)

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR