Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Kəlbəcər

Kəlbəcər

Təbii-coğrafi mövqeyi

 

Kəlbəcər  rayonu Azərbaycanın qərbində, Tərtər çayı vadisində, Böyük Qafqaz dağlarında, dəniz səviyyəsindən 1500-3800 metr hündürlükdə yerləşir. Ən uca nöqtəsi dəniz səviyyəsindən 3724 metr  yüksəkdəki Camışdağ zirvəsidir (Murovdağ). Rayonun ərazisindən axan əsas çaylar  Tərtər, Bazarçay və onların qollarıdır. Ərazisinin çox hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra iqlim tipləri hakimdir. Kəlbəcər  rayonu qərbdə Ermənistan Respublikası, şərqdə  Ağdam və Tərtər, şimalda Daşkəsən, Göygöl və Goranboy rayonları ilə, cənubda isə Laçın rayonu və Xocalı şəhəri ilə həmsərhəddir.

 

İşğal olunmuşdur – 2 aprel 1993-cü il

Ərazisi  –1936  km²

İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 55000

Hazırda əhalisinin sayı (min nəfər) –  69949 

İşğal olunmuş şəhər, qəsəbə və kəndləri  – 1 şəhər, 1 qəsəbə, 128 kənd

Mədəni -məişət obyektləri –134

Şəhid olmuşdur – 217

Əlil olmuşdur – 49

Milli qəhrəmanlar – 2

Kəlbəcərrayonuilə Bakı arasındaolanməsafə –445 km

           

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

 

1. Qayaüstü təsvirlər – ilk və orta tunc dövrü (Qırmızı dağın ətəyində)
2. Yaşayış yeri - ilk və orta tunc dövrü ( İstisu qəsəbəsi)
3. Dovşanlı nekropol – son tunc ilk dəmir dövrü ( Dovşanlı kəndi)
4. Balıqqaya nekropolu – son tunc ilk dəmir dövrü ( Sırxavənd kəndinin şərqində)
5. Zar mağara düşərgəsi- paleolit (Zar kəndinin qərb tərəfində)
6. Qala – 1284-cü il ( Vəngli kəndi)
7. Məbəd - XIII əsr ( Vəngli kəndi)
8. Məbəd - 1251-ci il ( Bazarkənd kəndi)
9. Kilsə - 1668-ci il (Dovşanlı kəndi)
10. Kilsə - XVII əsr (Dəvədaşı kəndi)
11. Qırmızı məbəd – XVII əsr (Qozlu kəndi)
12. Alban məbədi – 718-ci il (Qasaped kəndi)
13. Kilsə - 1894-cü il (Qasaped kəndi)
14. Kilsə - 1898-ci il ( Madaqiz kəndi)
15. Ürek məbədi – 1279-cu il (Talış kəndi)
16. Kilsə- 1883-cü il (Maxrataq kəndi)
17. Məbəd – 1881-ci il (Maxrataq kəndi)
18. Comərd qalası - (Pirilər kəndi)
19. Qalaboyun qalası - (Qalaboyun kəndi)
20. Körpü - (Zəylik kəndi)
21. Uluxan qalası – XVII əsr (Qaraxançallı kəndi)
22. Alban məbədi – 713-cü il (Dastaqir kəndi)
23. Daş qoç fiquru ərəb yazı ilə - XIX əsr ( Zar kəndi)
24. Daş at fiquru –orta əsrlər-(Zəylik kəndi)
25. Lök qalası - XIII-XIV əsrlər (Qanlıkənd kəndi, meşədə)
26. Xanabert qalası (Vənkli kəndi)
27. Müqəddəs Yaqub kilsəsi - 635- ci il ( Kolataq kəndi)
28. Alban məbədi – 614-cü il (Kolataq kəndi)
29. Qala - (Şaplar kəndi)
30. Alban məbədi – XII əsr (Çıldıran kəndi)
31. Qırmızı məbəd – XIII əsr (Çıldıran kəndi)
32. Alban məbədi – X əsr (Çormanlı kəndi)
33. Alban kilsəsi – XI əsr (Çormanlı kəndi)
34. “Xatırvank” məbədi – 1204-cü il ( Qozlu kəndi)
35. Alban məbədi – 698-ci il ( Yayıcı kəndi)
36. Alban məbədi – 672- ci il ( Yayıcı kəndi)
37. Məbəd - 1283-cü il ( Həsənriz kəndi)
38. Alban məbədi – 500-cü il (Həsənriz kəndi)
39. Gəncəsər monastrı – 1238-ci il (Vəngli kəndi)
40. Xudavənd monastrı – XII-XVII əsrlər (Kəlbəcər rayonu, Tərtər çayının qərbində)

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR