Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xocalı

Xocalı

Təbii-coğrafi mövqeyi

Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII  nömrəli Qanununa əsasən DQMV ləğv edilərək Xocalı şəhəri  və Əsgəran rayonlarının bazası əsasında Xocalı rayonu yaradılmışdır. Xocalı rayonu şimalda Ağdam,  şimal-şəqdə indi artıq ləğv olunmuş Ağdərə rayonu, şərqdə Kəlbəcər və Laçın rayonları, cənubda Şuşa, cənub-qərbdə isə Xocavənd rayonu ilə həmsərhəddir. Xocalı şəhəri Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağ bölgəsinin yeganə hava limanının məhz burada yerləşməsi idi. Hazırda  Xocalıdan keçən Əsgəran-Xankəndi yolu və Xocalıda yerləşən hava limanı Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

 

 

İşğal olunmuşdur – 26 fevral 1992-ci il

Ərazisi  – 970 km²

İşğal olunan zaman əhalisinin sayı (min nəfər) - 11567

Hazırda əhalisinin sayı (min nəfər)– 14221

İşğal olunmuş şəhər, qəsəbə və kəndləri  - 1 şəhər, 1 qəsəbə, 52 kənd

Mədəni -məişət obyektləri  –  80

Şəhid olmuşdur –  613

Əlil olmuşdur – 487

Milli qəhrəmanlar – 10

Xocalı rayonu ilə Bakı arasında olan məsafə –375 km

 

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

 

1. Daş qutu nekropolu – tunc dövrü ( Xocalı şəhəri Əsgəran dağı)
2. Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)
3. Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)
4. Küp qəbirlər nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)
5. Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)
6. Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)
7. Xaçıncay kurqanları - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)
8. Küp qəbirləri nekropolu - tunc dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)
9. Kurqan - tunc dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)
10. Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)
11. Köhnə qəbristanlıq - tunc dövrü (çanaqçı kəndi)
12. Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)
13. Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)
14. Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)
15. Türbə – XlV əsr (Xocalı şəhəri)
16. Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi)
17. Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)
18. Alban məbədi - 905-ci il (Şuşa kəndi)
19. Alban məbədi - 1122-ci il (Xansıx kəndi)
20. Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi)
21. Alban məbədi - 1202-ci il (Armudlu kəndi)
22. Qala – X əsr (Maşxmaat kəndi)
23. Qırxlar qalası – orta əsrlər (Badara kəndi)
24. Məbəd kompleksi - VII əsr ( Badara kəndi)
25. Qala - IX əsr ( Daşbaşı kəndi)
26. Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi)
27. Aslan qalası – IX əsr (Anabert kəndi)
28. Məbəd – XIII əsr (Xanabad kəndi)

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR