Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Laçın

Laçın

Təbii-coğrafi mövqeyi

 

Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə Xankəndi dəmiryol stansiyasının 60 kilometrliyində yerləşir. Ən uca nöqtəsi dəniz səviyyəsindən 3.594 metr yüksəklikdəki Qızılboğaz zirvəsidir. İqlimi mülayim kontinentaldır. Ərazisindən axan əsas çay Həkəridir. Qərbdə Ermənistan Respublikası, şərqdə  Şuşa, Xankəndi və Xocalı şəhərləri ilə, şimalda  Kəlbəcər, cənubda isə Qubadlı rayonları ilə həmsərhəddir. Yevlax-Laçın-Naxçıvan magistral şosse yolunun üstündə yerləşir.

 

İşğal olunmuşdur – 18 may 1992-ci il

Ərazisi  – 1875 km²

İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 60000

Hazırda əhalisinin sayı (min nəfər) – 71628

İşğal olunmuş şəhər, qəsəbə və kəndləri –1 şəhər, 1 qəsəbə, 125 kənd

Mədəni -məişət obyektləri – 575

Şəhid olmuşdur – 304

Əlil olmuşdur – 225

Milli qəhrəmanlar – 6

Laçın rayonu ilə Bakı arasında olan məsafə –414 km

 

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

 

1. Daş qutu – dəmir dövrü (Abdallar kəndi)
2. Kurqan – dəmir dövrü ( Cicimli kəndi)
3.“Qızqəbri” kurqanı – dəmir dövrü (Cicimli kəndi)
4. Kurqan – dəmir dövrü (Cicimli kəndi)
5. Kurqan – tunc dövrü (Ziyrik kəndi)
6. Kurqan – dəmir dövrü (Qoçaz kəndi)
7. Kurqan – dəmir dövrü (Güləbird kəndi)
8. Mağara məbədi – V əsr (Qoçaz kəndi)
9. Məbəd – XIX əsr (Ağoğlan çayının sahilində)
10. Məlik Əjdər türbəsi – XIV əsr (Cicimli kəndi)
11. Türbə - XVII-XVIII əsrlər (Cicimli kəndi)
12. Bulaq – XV əsr (Quşçu kəndi)
13. Behbudalı bulağı – XV əsr (Göybulaq kəndi)
14. Daşbulaq bulağı – XVII əsr (Pircahan kəndi)
15. Daşbulaq – XVII əsr (Sus kəndi)
16. Daşbulaq – XVII əsr (Seyidlər kəndi)
17. Məbəd – XVII əsr (Hoçaz kəndi)
18. Körpü – XVIII əsr (Bəhələ kəndi, Həkəri çayının üzərində)
19. Türbə - ? (Güləbird kəndi)
20. Həmzə Soltan sarayı – 1761-ci il (Hüsülü kəndi)
21. Soltan Əhməd sarayı - ? (Soltanlar kəndi)
22. Soltan Baba türbəsi – XIX əsr (Zeyvə kəndi)
23. Şeyx Əhməd türbəsi – XIX əsr (Zeyvə kəndi)
24. Türbə – XIX əsr (Zeyvə kəndi)
25. Kafir-Qala – XVII əsr (Zeyvə kəndi)
26. Məscid – 1718-ci il (Qaraqışlaq kəndi)
27. Qala – XI əsr (Qaraqışlaq kəndi)
28. Dəmirovlu Pir məbədi – XI əsr (Qaraqışlaq kəndi)
29. Məscid - ? (Piçəniz kəndi)
30. Məbəd – XVII əsr (Piçəniz kəndi)
31. Məbəd – XII əsr (Qorçu kəndi)
32. Məbəd – X əsr (Aşağı Fərəcan kəndi)
33. Məbəd – XV əsr (Şəlvə kəndi)
34. Məbəd – XVI əsr (Əhmədli kəndi)
35. “Ağbaxt xeyir” türbəsi – XVI əsr (Əhmədli kəndi)
36. Körpü - XIX əsr (Əhmədli kəndi)
37. Məbəd – XV əsr (Minkənd kəndi)
38. İkitağlı körpü – XIX əsr (Minkənd kəndi)
39. Birtağlı körpü – XIX əsr (Minkənd kəndi)
40. Mağara qalası - XV əsr (Güləbird kəndi)
41. Sınıq körpü – XV əsr (Ağdərə kəndi)
42. Qala – XIX əsr (Quşçu kəndi)
43. Sadınlar qalaçığı – XIX əsr (Quşçu kəndi)
44. Körpü – XIX əsr (Qaraqaş yaylağı)
45. Birtağlı körpü – XIX əsr (Zabux kəndi)
46. Körpü – XIX əsr (Zabux kəndi)
47. Sınıq körpü – XIX əsr (Malxələf kəndi)
48. Qala – XV əsr (Mirik kəndi)
49. Məbəd – XV əsr (Mirik kəndi)
50. Körpü – XIX əsr ( Pircahan kəndi)
51. Körpü – XIX əsr (Pircahan kəndi)
52. Körpü – XIX əsr (Seyidlər kəndi)
53. Məbəd – XIX əsr ( Sonasar kəndi)
54. Körpü – XIX əsr (Şeytanlı kəndi)
55. Məbəd – XVII əsr Sadınlar kəndi
56. Ağoğlan qəsri – IX əsr (Kosalar kəndi)
57. Uşaq qalası – XV əsr (Quşçu kəndi)
58. Kəlbəlayı Behbudalı bulağı – XV əsr (Mirik kəndi)
59. Xəlifə türbəsi – XVII əsr ( Malxələf kəndi)
60. Gavur qalası – XI əsr (Pircan kəndi)
61. Qarasaqqal türbəsi – XVI əsr (Ərikli kəndi)
62. Xallanlı qəbristanlığı – XVI əsr ( Zabux kəndi)
63. Qədim qəbristanlıq – XIII əsr ( Malıbəy kəndi)
64. Daş at fiquru - ərəb yazısı ilə - XVI əsr ( Malıbəy kəndi)
65. Daş at fiquru- ərəb yazısı ilə - XVII əsr ( Güləbird kəndi)
66. Daş qoyun fiquru - ərəb yazısı ilə - XV əsr (Küsülü kəndi)
67. Daş at fiquru – XVII əsr (Xallanlı kəndi)
68. Məbəd – IX əsr (Ərəb kəndi)
69. Qəbristanlıq – VI-VII ( Ərəb kəndi)

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR