Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Qubadlı

Qubadlı

Təbii-coğrafi mövqeyi

 

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsinin cənub-qərb ətəklərində yerləşir. Relyefi dağətəyi və dağlıqdır. Ən uca nöqtəsi dəniz səviyyəsindən 2003 m yüksəklikdəki Topağac zirvəsidir. İqlimi mülayim kontinentaldır. Ərazisindən Bərgüşad və Həkəri çayları axır. Şimalda  Laçın, qərbdə Ermənistan Respublikası (120 km), şimal-şərqdə indi artıq ləğv olunmuş Hadrut rayonu ilə (42 km), qərbdə Cəbrayıl, cənub-qərbdə isə, Zəngilan rayonu ilə həmsərhəddir.

 

 

İşğal olunmuşdur – 31 avqust 1993-cü il

Ərazisi  –  802  km²

İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 30323

Hazırda əhalisinin sayı (min nəfər) – 34642 

İşğal olunmuş şəhər, qəsəbə və kəndləri    1 şəhər, 93 kənd

Mədəni -məişət obyektləri  – 205

Şəhid olmuşdur – 232

Əlil olmuşdur  – 146

Milli qəhrəmanlar  –  9

Qubadlı rayonu ilə Bakı arasında olan məsafə    403 km

 

 

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

 

1. Xırman yeri yaşayış yeri – son tunc və ilk dəmir dövrü (Qubadlı qəsəbəsi)
2. Koroğlu qalaçası - son tunc və ilk dəmir dövrü (Əliquluuşağı)
3. Qalaça - son tunc və ilk dəmir dövrü (Əliquluuşağı)
4. Sığınacaq – IV əsr (Əliquluuşağı)
5. Mal təpəsi - son tunc və ilk dəmir dövrü (Muradxanlı kəndi)
6. Göy qala – V əsr (Əliquluuşağı)
7. Laləzar körpüsü – 1867-ci il (Əliquluuşağı)
8. Türbə - XVII əsr (Gürcülü kəndi)
9. 1 nömrəli türbə - XIV əsr (Dəmirçilər kəndi)
10. 2 nömrəli türbə - XIV əsr (Dəmirçilər kəndi)
11. Sığınacaq - IV əsr (Balahəsənli kəndi)
12. Sığınacaq - IV əsr (Zor kəndi)
13. Qara qaya sığınacağı - (Mahmudlu kəndi)
14. Qəbristanlıq - XIV əsr (Qayalı kəndi)
15. Mağara məbədi – (Əliquluuşağı)
16. Mağara məbədi – IV əsr (Gayr dərəsi)
17. Bulaq – XIX əsr (Əliquluuşağı)
18. Bulaq – (Əliquluuşağı)
19. “Qalalı” qalası - (Əliquluuşağı)
20. “Qalalı” qalası (yeraltı keçidlə) – V əsr (Muradxanlı kəndi)
21. Şirin bulaq – XVIII əsr (Məmər kəndi)
22. Bulaq – XIX əsr (Dəmirçilər kəndi)
23. Mədət bulağı - XIX əsr (Mahmudlu kəndi)
24. Məscid – XIX əsr (Dəmirçilər kəndi)
25. Məscid – XIX əsr (Dondarlı kəndi)
26. Hacıbədəl körpüsü – XVIII əsr (Dondarlı kəndi)
27. Cavanşir türbəsi – XIV əsr (Yazı düzü)
28. Qalaçid qalası – XIV əsr (Xocamusaxlı kəndi)
29. Türbə - XVIII əsr (Xocamusaxlı kəndi)
30. Məscid – XVIII əsr (Yusifbəyli kəndi)
31. Türbə - XVIII əsr (Boyunəgər kəndi)
32. Məscid - XVIII əsr (Mollalı kəndi)
33. Məscid - XVIII əsr (Mirlər kəndi)
34. Məscid - XVIII əsr (Məmər kəndi)
35. Məscid - XV-XVI əsrlər (Xələc kəndi)
36. Məbəd – XI əsr (Məzrə kəndi)
37. Məscid – XIX əsr (Mahrızlı kəndi)
38. Körpü – XIX əsr (Mahmudlu kəndi)
39. Daş qoyun fiquru – XV əsr (Mahmudlu kəndi)
40. Daş sandıq – XV əsrlər (Məmər kəndi)

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR