Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Zəngİlan

Zəngilan

Təbii-coğrafi mövqeyi

 

Zəngilan rayonu Kiçik Qafqazın Arazboyu sahəsində yerləşir. Mürəkkəb və parçalanmış relyefi, əsasən, orta və alçaq dağlıqdır. Ərazisindən iti dağ çayları Həkəri, Oxçu, Bəsitçay və Araz axır. Qışı quraq keçən mülayim isti iqlim üstünlük təşkil edir. Qərbdə və şimal-qərbdə Ermənistanla, cənubda və cənub-qərbdə  İranla, şimalda  Qubadlı, şərqdə isə, Cəbrayıl rayonları ilə həmsərhəddir. Bakı-Şirvan-Naxçıvan  magistralının üstündə yerləşir. Həmçinin ərazisindən Bakı-İrəvan dəmir yolu (Mincivan-Qafan qolu ilə) və İmişli-Laçın magistral şosse yolu keçir.

 

İşğal olunmuşdur – 29 oktyabr 1993-cü il

Ərazisi  – 707 km²

İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 32600

Hazırda əhalisinin sayı (min nəfər) – 38485

İşğal olunmuş  şəhər, qəsəbə və kəndləri -  1 şəhər, 1 qəsəbə, 81 kənd

Mədəni -məişət obyektləri -575

Şəhid olmuşdur – 235

Əlil olmuşdur – 143

Milli qəhrəmanlar – 2

Zəngilan rayonu ilə Bakı arasında olan məsafə - 385 km

 

 

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

 

1. Nekropol – e.ə. VI-IV əsrlər ( Quyudərə Xaştab kəndi)
2. Şəhri Şərifan yaşayış yeri – orta əsrlər (Şərifan kəndi)
3. Ağca Aşıq yaşayış yeri – orta əsrlər (Havalı kəndi)
4. Qız qalası – orta əsrlər (Havalı kəndi)
5. Qəsr qalası – orta əsrlər (Oxçuçayın Araza tökuldüyü yerdə)
6. Şərəfan türbəsi – XIV əsr (Şərifan kəndi)
7. Hacalı qülləsi - XIV əsr ( Məmmədbəyli kəndi)

 8. Məscid – XIX əsr ( Zəngilan kəndi)
9. Məscid – XIX əsr (Malatkeşin kəndi)
10. Məscid – XVII əsr ( Zəngilan şəhəri)
11. Körpü – XIX əsr (Hacıalılar kəndi)
12. Dairəvi bürc – XIII-XIV əsr (Hacıalılar kəndi)
13. Məscid – XIX əsr (Muşlan kəndi)
14. Dairəvi – XII əsr (Hacıalılar kəndi)
15. Səkkizguşəli türbə - 1304-1305-ci illər (Məmmədbəyli kəndi)
16. Qız qalası – XII əsr (Əmirxanlı kəndi)
17. Sərdabə - XII əsr (Şərəfan kəndi)
18. Sərdabə - XIV əsr (Yenikənd kəndi)
19. Qədim hamam kompleksi – XI əsr (Şərəfan kəndi)
20. Məscid – XIX əsr (Qırıq Müşlan kəndi)
21. Şükrataz qalası – VI əsr (Bartaz kəndi)
22. Əsgülüm qalası – VII əsr (Keçikli kəndi)
23. Türbə - XIV əsr (Babaylı kəndi)
24. Türbə - XIV əsr (Ağalı kəndi)
25. Türbə - XIV əsr (Yenikənd kəndi)
26. Türbə - XV əsr (Malatkeşın kəndi)
27. Dağdağan piri – XIII əsr (Malatkeşın kəndi)
28. Koroğlu daşı – VII-VIII əsrlər (Yazı düzü)
29. Tağlı qalası – XVIII əsr (Zəngilan şəhəri)
30. Günəş abidə piri – XVI əsr (Gülətağ kəndi)
31. Top körpüsü – XII əsr (Top kəndi)
32. Məscid – IX əsr (Rəzdərə kəndi)
33. Türbə - VII əsr ( Rəzdərə kəndi)
34. Sürtüm piri – IX əsr (Vejnəli kəndi)
35. Yol piri – IX əsr (Vejnəli kəndi)
36. Qız qalası – IX-XI əsrlər (Bartaz kəndi)

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR