Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Cəbrayıl

Cəbrayıl

Təbii-coğrafi mövqeyi

            Cəbrayıl rayonunun relyefi əsasən maili düzənlik, şimalda alçaq dağlıqdır. İqlimi ərazisinin cənub hissəsində  yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl, şimalda  yayı quraq keçən mülayim istidir. Araz çayı hövzəsinə aid bir neçə kiçik çayı var. Şimalda Xocavənd rayonu ilə, cənubda  İran Islam Respublikası, şərqdə  Füzuli, qərbdə  və cənub-qərbdə isə,  Qubadlı və Zəngilan rayonları ilə həmsərhəddir. Bakı-Şirvan-Naxçıvan magistralının üstündə yerləşir.

 

İşğal olunmuşdur – 23 avqust 1993-cü il

Ərazisi  – 1050  km²

İşğal olunan zaman əhalisinin sayı (min nəfər) –  52604

Hazırda əhalisinin sayı (min nəfər) –  66509 

İşğal olunmuş şəhər, qəsəbə və kəndləri   –1 şəhər, 4 qəsəbə, 92 kənd

Mədəni -məişət obyektləri  – 197

Şəhid olmuşdur  – 368

Əlil olmuşdur  –  230

Milli qəhrəmanlar  –  6

Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə  –338 km

 

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

 

1. 11 tağlı Xudafərin körpüsü – XI-XII əsrlər ( Cəbrayıl rayonu)
2. 15 tağlı Xudafərin körpüsü – XIII əsrlər ( Cəbrayıl rayonu)
3. Niftalı kurqanları – tunc dövrü ( Xudyarlı kəndi)
4. Ağoğlan nekropolu – ilk orta əsrlər (Cəbrayıl şəhəri)
5. Karxulu kurqanları və yaşayış yeri – tunc dövrü – (Karxulu kəndi)
6. Canqulu kurqanı – tunc dövrü (Mahmudlu kəndinin şimal-qərb tərəfində)
7. Quştəpə kurqanı - tunc dövrü (Mahmudlu kəndinin şimal-qərb tərəfində)
8. İmanqazan təpələri- tunc dövrü (Şıxlar kəndi)
9. Şıxlar mağarası – daş dövrü (Şıxlar kəndi)
10. Şıxlı kurqanları- son tunc dövrü (Şıxlı kəndi)
11. İmanqazantəpə kurqanları - son tunc dövrü (Şıxlı kəndi)
12. Qaladağ qalaçası və yaşayış yeri – ilk orta əsrlər (Qalaçıq kəndi)
13. Məscidtəpə kurqanı - tunc dövrü (Qalaçıq kəndi)
14. Naftalı kurqanları- son tunc və ilk dəmir dövrü (Naftahlar kəndi)
15. Qışlaq kurqanları və yaşayış yeri- son tunc və ilk dəmir dövrü (Qışlaq kəndi)
16. Hovuzlu kurqanları - son tunc və ilk dəmir dövrü (Hovuzlu kəndi)
17. Cinlitəpə yaşayış yeri - ilk dəmir dövrü (Hovuzlu kəndi)
18. Torağaytəpə yaşayış yeri - ilk tunc dövrü ( Şükürbəyli kəndi)
19. Divlər sarayı - daş dövrü (Çələbilər kəndi)
20. Sultan Allahverdi hamamı – XIX əsr (Cəbrayıl şəhəri)
21. Dairəvi türbə - XVII əsr (Xubyarlı kəndi)
22. Səkkizguşəli türbə - XVII əsr (Xubyarlı kəndi)
23. Dairəvi türbə - XIV əsr (Şıxlar kəndi)
24. Qala qülləsi - (Sirik kəndi)
25. Qız qalası – XII əsr (Diridağ dağı)
26. Sərdabə - XIII-XIV əsr (Dağ Tunas kəndi)
27. Məscid – (Çələbilər kəndi)
28. Məscid - XIX əsr (Papi kəndi)
29. Məscid - (Daşkəsən kəndi)
30. Məscid – XIX əsr (Məzrə kəndi)
31. Məscid – XIX əsr (Süleymanlı kəndi)
32. Köhnə qəbristanlıq - orta əsrlər (Cəbrayıl şəhəri)
33. Köhnə qəbristanlıq - XVII-XVIII əsr (Karxulu kəndi)
34. Köhnə qəbristanlıq - orta əsrlər (Sirik kəndi)
35. Köhnə qəbristanlıq və yaşayış yeri – orta əsrlər (Diridağ dağı)
36. Mağara- orta əsrlər ( Dağ Tumas kəndi)
37. Şəhərcik kəndinin xarabalıqları- orta əsrlər (Şıxlar kəndi)
38. Dulusxana yaşayış yeri- orta əsrlər (Şıxlar kəndi)
39. Hasanlı yaşayış yeri – orta əsrlər (Hasanlı düzü)
40. Köhnə qəbristanlıq - orta əsrlər (Şıxlar kəndi)
41. Daş qoç fiquru –orta əsrlər- (Şıxlar kəndi)

 

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR