Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Füzulİ

Füzuli

Təbii-coğrafi mövqeyi

            Füzuli rayonunun relyefi əsasən Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqdır. İqlimi şərq hissəsində  yayı quraq keçən yarımsəhra və quru çöl, qərbdə  mülayim istidir. Çayları Köndələnçay, Quruçay və Qozluçay rayonun İran İslam Respublikası ilə sərhədindən axan Araz çayı hövzəsinə aiddir. Şimalda Ağcabədi rayonu ilə, cənubda  Cəbrayıl rayonu və İran İslam Respublikası ilə, şərqdə  Beyləqan, qərbdə isə, Xocavənd rayonları ilə həmsərhəddir. Bakı-Şirvan-Naxçıvan magistralının üstündə yerləşir.

 

İşğal olunmuşdur – 23 avqust 1993-cü il

Ərazisi  – 1386 km² (1112 km² işğal altındadır)

İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 95940

Hazırda əhalisinin sayı (min nəfər) – 114452 

v İşğal olunmuş şəhər, qəsəbə və kəndləri  – 1 şəhər, 1 qəsəbə,  58 kənd Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin yanvar ayında Horadiz qəsəbəsi və 22 kənd  işğaldan azad edilmiş və Azərbaycanın nəzarətindədir. Azad olunan ərazilər minalardan təmizlənərək yeni qəsəbələr salınmışdır ki, burada 114452 nəfər əhali (64545 nəfər yerli, 50 minə qədər məcburi köçkün) yaşayır.

Mədəni -məişət obyektləri -145

Şəhid olmuşdur – 528

Əlil olmuşdur – 1309

Milli qəhrəmanlar – 6

Füzuli rayonu ilə Bakı arasında olan məsafə - 310 km

 

 

 

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

 

1. Azıx mağara düşərgəsi – paleolit dövrü
2. Tağlar mağara düşərgəsi - paleolit dövrü
3. Qarabulaq kurqan çölü – tunc dövrü (Füzuli şəhərindən şimal-qərbdə)
4. Günəştəpə yaşayış yeri – e.ə. II-I minilliklər (köndələn çayının sağ sahilində)
5. Qaraköpəktəpə yaşayış yeri – e.ə. IV əsr-e.ə I əsr (Köndələn çayının sağ sahilində)
6. Zərgərtəpə yaşayış yeri – tunc dövrü (Zərgər kəndi)
7. Şəkərcik yaşayış yeri – tunc dövrü (Şəkərcik kəndi)
8. Kültəpə yaşayış yeri – ilk tunc dövrü (Əhmədbəyli kəndinin qərbində)
9. Balalartəpə yaşayış yeri – ilk tunc dövrü (Qaraxanbəyli kəndinin cənub-şərqində)
10. Uzuntəpə yaşayış yeri - ilk tunc dövrü (Quruçay və Köndələnçay arasında)
11. Meynətəpə yaşayış yeri – ilk tunc dövrü (Quruçay və Köndələnçay arasında)
12. Xantəpə yaşayış yeri – ilk tunc dövrü (Quruçay və Köndələnçay arasında)
13. Dədəli kəhrizi – XIX əsr (Dədəli kəndi)
14. Hacı Bayram kəhrizi - XIX əsr (Qoçəhmədli kəndi)
15. Qalpirəhmədli kəhrizi – XIX əsr (Qoçəhmədli kəndi)
16. Kəhriz – XIX əsr (Saracın kəndi)
17. Türbə - XIII əsr (Əhmədallar kəndi)
18. Şeyx Babı türbəsi – XIII əsr (Babı kəndi)
19. Karvansaray – XVII əsr (Qarğabazar kəndi)
20. Mirəli türbəsi – XIV əsr (Aşağı Veysəlli kəndi)
21. Müəllimlər evi – XIX əsr (Füzuli şəhəri)
22. Hamam - XIX əsr (Füzuli şəhəri)
23. Bulaq – XIX əsr (Horadiz şəhəri)
24. Bulaq – XIX əsr (Qarğabazar kəndi)
25. Məscid – XIX əsr (Qorqan kəndi)
26. Bulaq – XIX əsr (İşıqlı kəndi)
27. Bulaq – XIX əsr (Xəlafşə kəndi)
28. Hacı Ələkbər məscidi – XVII-XIX əsrlər (Füzuli şəhəri)
29. Dəyirman – XIX əsr (Füzuli şəhəri)
30. Körpü – XIX əsr (Füzuli şəhəri)
31. Məscid – XIX əsr (Böyük Bəhmənli kəndi)
32. Məscid – XVII əsr (Qarğabazar kəndi)
33. Türbə - XVIII əsr (Qarğabazar kəndi)
34. Məscid – XIX əsr (Dədəli kəndi)
35. Körpü – XVIII əsr (Görəzilli kəndi)
36. Məscid – XIX əsr (Qacar kəndi)
37. Məscid – XIX əsr (Mərdanlı kəndi)
38. Körpü – XIX əsr (İşıqlı kəndi)
39. Körpü – XIX əsr (Şıxlı kəndi)
40. Məscid – 1889-cu il (Horadiz qəsəbəsi)
41. Məscid – XX əsr (Horadiz şəhəri)
42. İmamzadə - XIX əsr (Horadiz qəsəbəsi)
43. Məscid – XIX əsr (Gecəközlü kəndi)
44. Körpü – XIX əsr (Yağvələnd kəndi)
45. Məscid – XIX əsr (Yuxarı Veysəllı kəndi)
46. Türbə - XIX əsr ((Seyidəhmədli kəndi)
47. Məscid – XIX əsr (Aşağı Dilağarda kəndi)
48. Məscid – XVIII əsr ( Qoçəhmədli kəndi)
49. Körpü – XIX əsr ( Qoçəhmədli kəndi)
50. Arış körpüsü – XIX əsr ( Qoçəhmədli kəndi)
51. Sərdərli məscidi – XIX əsr ( Qoçəhmədli kəndi)
52. Körpü – XVII əsr ( Qoçəhmədli kəndi)
53. Məscid – XIX əsr ( Qoçəhmədli kəndi)
54. Alı körpüsü – XIX əsr (Saracıq kəndi)
55. Körpü – XIX əsr (Saracıq kəndi)
56. Kərəm körpüsü – XIX əsr (Saracın kəndi)
57. Məscid – XVIII əsr (Qaradağlı kəndi)
58. Türbə - XIX əsr (Yuxarı Divanlılar kəndi)
59. Məscid – XIX əsr (Bəy Pirəhmədli kəndi)
60. Məscid – XIX əsr (Qaraxanbəyli kəndi)

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR