Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Avropa Parlamentİ

Avropa Parlamentinin Cənubi Qafqaz üçün Avropa İttifaqının strategiyasına ehtiyac üzrə Q Ə T NA M Ə 20 may 2010-cu il

Avropa Parlamentinin Cənubi Qafqaz üçün

Avropa İttifaqının strategiyasına ehtiyac üzrə

Q Ə T NA M Ə 

 

20 may 2010-cu il

 

Dağlıq Qarabağ münaqişəsi

 

Avropa Parlamenti

6. Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda Ermənistan və Azərbaycan Prezidentləri arasında Moskva Bəyannaməsi ruhunda 2009-cu il ərzində keçirilən altı görüşdə öz əksini tapan  dinamik tempi alqışlayır; tərəfləri növbəti ayda münaqişənin həllinin məqsədləri üçün sülh danışıqları səylərini intensivləşdirməyə, daha konstruktiv yanaşma nümayiş etdirməyə və güc yolu ilə yaradılmış və heç bir beynəlxalq legitimliyi olmayan status-kvonu saxlamağa üstünlük verməkdən və bu yolla qeyri-sabitlik yaratmaq və müharibənin təsirlərinə məruz qalan  insanların məşəqqətlərini uzatmaqdan çəkinməyə çağırır; hərb yolu ideyasını və artıq istifadə olunmuş hərbi gücün ağır nəticələrini pisləyir və hər iki tərəfi 1994-cü il atəşkəsini bundan sonra pozmaqdan çəkinməyə çağırır;

7. ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini, Madrid sənədindəki Əsas Prinsipləri və Böyük səkkizlik ölkələrinin Aakuil Sammiti çərçivəsində  ATƏT-in Minsk Qrupu Həmsədr ölkələrinin 2009-cu il iyulun 10-da verilmiş bəyanatını tam olaraq dəstəkləyir; beynəlxalq birliyi sazişin əldə edilməsinə mane olan məqamları aradan qaldırmağa yardım etmək üçün cəsarət və siyasi iradə nümayiş etdirməyə çağırır;

8. Dağlıq Qarabağ müharibəsi zamanı və ya onunla əlaqədar öz evlərini tərk etmiş minlərlə qaçqın və məcburi köçkündən yüzlərlə insanın hələ də köçkün qalması və hüquqlarının, o cümlədən geri qayıtmaq, mülkiyyət və şəxsi təhlükəsizlik  hüquqlarının pozulmasından ciddi narahatdır; bütün tərəfləri bu hüquqları şərtsiz tanımağa, onların tez bir zamanda reallaşdırılmasına və bu problemin beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında tez bir zamanda həllinə çağırır; bu baxımdan bütün erməni qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən geri çəkilməsini və bunun ardınca Dağlıq Qarabağ əhalisinin təhlükəsziliyini təmin edəcək, məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan verəcək və evsizlikdən doğan münaqişələrin qarşısını alacaq keçid dövrü zamanı zəruri olan təhlükəsizlik təminatlarını təmin etmək üçün BMT Nizamnaməsinə əsasən təşkil edilmiş beynəlxalq qüvvələrin   yerləşdirilməsini tələb edir; Ermənistan və Azərbaycanın rəhbərliklərini və müvafiq icmaların rəhbərlərini məcburi köçkünlərin geri qayıtması üçün praktiki hazırlıqlar yolu ilə sülhməramlı etnik münasibətlər yaratmaq öhdəliklərini nümayiş etdirməyə çağırır; hesab edir ki, məcburi köçkünlərin və qaçqınların vəziyyətinə beynəlxalq standartlara, o cümlədən AŞPA-nın “Avropanın unudulmuş insanları: uzun müddətli köçkün düşmüş insanların insan hüquqlarının qorunması” adlı 1877 (2009) saylı tövsiyyəsinə uyğun şəkildə baxılmalıdır.

9. Davamlı sülhə nail olmaq üçün real səylərə ehtiyac olduğunu vurğulayır; bütün müvafiq rəhbər şəxsləri provokativ siyasətlərdən və ritorikadan, qızışdırıcı bəyanatlardan və tarixi manipulyasiya etməkdən çəkinməyə çağırır; Ermənistan və Azərbaycan rəhbərlərini məsuliyyətli davranmağa, çıxışlarını yumşaltmağa və ictimai fikrin münaqişənin hərtərəfli həllinin xeyirlərini tam olaraq qəbul etməsi və anlaması üçün əsas yaratmağa çağırır;

10. Dağlıq Qarabağ da daxil olmaqla, Dağlıq Qarabağı əhatə edən bütün işğal olunmuş Azərbaycan torpaqlarının tez bir zamanda boşaldılması mövqeyinə inanır; qeyd edir ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinə qədər ona müvəqqəti statusun verilməsi məsələnin həlli üçün çıxış yolu ola bilər və regionda erməni və Azərbaycan əhalisinin dinc yanaşı yaşaması və əməkdaşlığı üçün keçid çərçivəni təşkil edə bilər;

11. Hamı üçün təhlükəsizliyin istənilən münaqişənin həlli üçün vacib element olmasını vurğulayır; həm hərbi, həm də mülki aspektləri özündə cəmləyən və beynəlxalq insan hüquqları standartlarına əsaslanan müvafiq sülhqoruma tədbirlərinin vacibliyini tanıyır; münaqişənin siyasi həlli tapıldığı halda Şuranı sülh prosesini Birgə Təhlükəsizlik və Müdafiə Siyasəti (BTMS) missiyaları vasitəsilə, o cümlədən beynəlxalq sülhqoruma qüvvələrinin yaradılmasını asanlaşdıra bilmək üçün əraziyə  böyük monitorinq missiyası göndərmək yolu ilə dəstəkləmək imkanlarını müəyyənləşdirməyə çağırır.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR