Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Beynəlxalq tədbİrlər

Şuşa şəhərinin “Qarabağ” musiqili rəqs qrupu Azərbaycanı Macarıstanda keçirilən XIII Beynəlxalq folklor festivalında təmsil etmişdir

 

 

 

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhəri ilə qardaşlaşmış Macarıstanın Cöncöş şəhərində XIII Beynəlxalq folklor festivalı başlamışdır. Festivalda Azərbaycanı Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən məcburi köçkünlərdən ibarət rəqs və musiqi ansamblı təmsil etmişdir.  Festival 2008-ci ildən başlayaraq hər il Folklor Festivallarının Təşkili Beynəlxalq Birliyinin – CİOFF (İnternational Council of Organizations of Folklore Festivals) tətbiq etdiyi standartlar əsasında təşkil olunmuşur.

Macarıstanın Cöncöş şəhərində keçirilən XIII beynəlxalq mahnı və rəqs festivalı Şuşa rayonunun “Qarabağ” ansamblının uğurlu çıxışları ilə yadda qalmışdır. Bu ilin may ayında Cöncöş şəhəri ilə qardaşlaşmaya dair saziş imzalayan Şuşa Rayon İcra Hakimiyyəti beynəlxalq festivala dəvət aldıqdan sonra qısa müddət ərzində Qarabağ musiqi sənətini əks etdirən zəngin proqram hazırlamağa nail olmuşdur. Festival günlərində gənc azərbaycanlı musiqiçilər Çin, Fransa, Serbiya, Portuqaliya, Macarıstan, Ukrayna, Yunanıstan və digər ölkələrdən gəlmiş ifaçılarla birlikdə müxtəlif konsert proqramlarında, habelə festivalın bağlanışındakı qala-konsertdə iştirak etmiş, qeyri-adi ifaları ilə dinləyicilərin rəğbətini qazanmışlar.

Festival çərçivəsində tamaşaçılara qədim Azərbaycan şəhəri Şuşa haqqında məlumatlar və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağla bağlı həqiqətlər də çatdırılmışdır.

Cöncöş şəhərinin meri Laslo Faraqo və Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov arasında keçirilən görüşdə gələcək əməkdaşlığın yolları müzakirə olunmuş, merin başçılığı ilə Cöncöş nümayəndə heyətinin bu ilin payızında Azərbaycana səfəri ilə bağlı razılıq əldə edilmişdir.

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR