Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Tarİx

QARABAĞIN QISA TARİXİ

 
Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsi insanlarının meydana çıxdığı ərazidir (Hüseynov M.M. Azıx mağarası.Quseynov M.M., Dlafarov A.K. Paleolit Azerbaydjana. Baku, 1986; Qarabağ daş dövründə (konfrans materialları). Bakı, 2010). Qarabağ ərazisi paleolit dövrünün Quruçay, sonrakı Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir.

Antik dövrdə Qarabağ ərazisi Albaniyanın Uti, Paytakaran və Arsak vilayətlərini əhatə etmişdir. Kür və Araz çaylarıarasında yerləşən Qarabağ ərazisində əsəsən yerli tayfalar –albanlar, utilər, qarqarlar və savdeylər, həmçinin gəlmə tayfalar maskutlar, saklar, gellər və ballar məskun idilər (Mamedov T.M. Kavkazskaə Albaniə v IV-VII vv., Baku, 1993, s.178-179 Həsənov A.H. Çar skiflər (Çar skiflərin və digər oğuzların etno-dil eyniləşdirilməsi) çarlığı. Bakı, Əbilov, Zeynalov və qardaşları, 2005, 480 s.; Mahmudova H.R. Sibir skifləri və Azərbaycan (tarixi-arxeoloji tədqiqat), t.e.n. dis.avtoreferatı. Bakı, 2006; Xalilov M.Dc. Protoskifı i ix potomki v Karabaxe // İrs-Nasledie. Mecdunarodnıy Azerbaydcanskiy curnal, №2-3(14-15), 2005, s.14-15.).

Albaniyada erkən orta əsrlərdə müxtəlif cinsli çoxsaylı səslərdən tərtib edilmiş xüsusi yazı, 52 işarədən ibarət alban əlifbası var idi. İlk orta əsrlərdə (V əsr) Albaniyanın siyasi, iqtisadi və mədəni mərkəzi Bərdə şəhərində məktəblər açılmış, uşaqlara yazı və biliklər öyrədilmişdir (Məmmədov T.M.. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, 2007, s.43-79; Hacıyev Q.Ə. Bərdə şəhərinin tarixi (b.e.ə.III-b.e.XVIII əsri), Bakı, 2000).

Albaniya hökümdarı Cavanşirin dövründə (616-681) Albaniya qüdrətli bir dövlətə çevirilmişdir. Həmin dövrdə Albaniyanın paytaxtı Qarabağın ən qədim şəhərlərindən biri olan Bərdə idi (M.Kalankaytuklu. Albaniya tarixi, k.I, f.25; Məmmədov T.M. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, 2007; Hacıyev Q.Ə. Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi. Bakı, 2008).

VII əsrdən başlayan ərəb yürüşləri Albaniyanın fütuhatı ilə nəticələndi. VIII əsrdən etibarən Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da yeni dövr başlandı. Qarabağ Xilafətin şimaldakı mərkəzinə çevrildi (Əl-Kufi. Kitab əl-fütuh (Fəthlər kitabı). Bakı, 1995, s.41; N.M.Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. Bakı, 1993, s.58). Ərəb xilafəti dağıldıqdan sonra (IX əsrin sonlarında) Qarabağ ərazisində (Yuxarı Qarabağda) Sünik və Arsax-Xaçın (Arsak türk mənşəli ərsak mənasındadır) knyazlıqları yarandı. Albaniya dövlətini bərpa etmək məqsədi ilə alban soylu Həsən Cəlal (1215-1261) bu feodal qurumu inkişaf mərhələsinə çatdırdı. Gəncəsər (Qanzasar) alban xristian məbədi də onun zamanında tikildi (Qeyuşev R.B. Xristianstvo v Kavkazskoy Albanii. Baku, Glm, 1984, 191 s.).

Qarabağ ərazisi Azərbaycanın bütöv ərazisi ilə birlikdə XII əsrin birinci rübündən Azərbaycan Atabəylərinin (Mxitar Qoş. Alban salnaməsi. Bakı, Elm, 1993, s..250; Bünyadov Z.M. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər), Bakı, 1984, s.15), XIII əsrin əvvəllərində isə Hülakülərin hakimiyyəti altına düşdü (Fazlullax Raşid ad-Din. Raşid ad-din Fazlullax. Dcami at-tavarix. t.III. Sostavitelğ nauçno-kriti¬çes¬koqo teksta na per¬sid¬skom əzıke- A.A.Ali-zade. Pervod s persidskoqo əzıka A.K.Arendsa. Baku, 1957, s.170;¬ Piri¬yev V. Z. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003, s.98; Gəncə (tarìxì oçerk), s.22). XIV əsrin sonlarında Qarabağ Teymurun, XV əsrdə isə Teymurilər və Qaraqoyunluların müharibə meydanına çevrildi (Zeynəddin Qəzvini. Zeyl-e tarix-e qozide, s.27-30). 1410-cu ildən etibarən Qarabağ da daxil olmaqla Kürdən cənubda yerləşən Azərbaycan torpaqları Qaraqoyunluların hakimiyyəti altına salındı. 1467-ci ildə Qaraqoyunlular dövlətinin süqutundan sonra Qarabağ Ağqoyunlu dövlətinin tərkibinə keçdi (Mahmudov. Y.M. Osmanlı Türkiyəsinin xarici siyasəti və Ağqoyunlu-Venesiya münasibətləri. Bakı, 1970; Fazlullax ibn Ruzbixan Xundci. Tarix-i alam-ara-i amini. Per. s anql. na russkiy T.A.Minorskoy. Baku, Glm, 1987, 172 s, s.24; Piriyev V.Z. Azərbaycan Hülakular dövlətinin tənəzzülü dövründə. Bakı, Elm, 1978, s. 101-102; Nəcəfli T. Qarabağ XV yüzillikdə // Qarabağ dünən, bu gün və sabah. V Ümumrespublika elmi-əməli konfransının materialları. Bakı, QAT, 2009).

XVI əsrin başlanğıcında (1501-ci ildə) Azərbaycan Səfəvilər dövlətinin yaratdığı inzibati ərazilərdən biri olan Qarabağ bəylərbəyliyinin tərkibinə XVII əsrdən XVIII əsrin əvvəlinə qədər Astabad, Cavanşir, Bərgüşad, Qazax, Şəmşədil daxil idi (Mahmudov Y.M. Azərbaycan diplomatiyası (XV-XVII yüzilliklər). Bakı, 1996; Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti, s.33; Fərzəlìyev Ş.F. Azərbaycan XV-XVÍ əsrlərdə, s.113; Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı, 2000, 576 s.).

Beləliklə, Qarabağ əvvəllərdə olduğu kimi X-XVII əsrlərdə də Azərbaycanın ayrılmaz hissəsi olmuş, Xilafətdən sonra yaranmış Sacilər, Salarilər, Eldəgizlər, Elxanilər (Hülakülər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi türk hakimlərin idarə etdikləri dövlətlərin tərkibində olmuşdur. Qarabağ əhalisinin əsas, aparıcı hissəsini türk tayfaları təşkil etmişdir.

XVIII əsrin əvvəllərində Qarabağ Nadir şah Əfşarın nəhəng imperiyasının tərkibində olmuşdur (Bakixanov A.K. Qölistani İram. Baku, 1991, s. 154; Mustafazade T.T. Azerbaydcan i Russko-Tureükie otno¬şeniə v pervoy treti XVIII v. Baku, 1993, s.193-195). İmperiya dağıldıqdan sonra Azərbaycan ərazisində yaranmış 20 xanlıqdan biri də Kür və Araz çayları arasında böyük əraziyə malik Qarabağ xanlığı idi. Qarabağ xanlığının əsasını cavanşirlər sülaləsinin sarıcalı oymağından olan Pənah Əli xan qoydu (Mirzə Adıgözəl bəy. Qarabağnamə. //Qarabağnamələr, birinci kitab, Bakı, 1989, s.6-102; Axundov N. Qarabağ salnamələri, Bakı, 1989, s.36).

Hələ XVIII əsrdən Qafqazı öz təsiri altında salmaqla iqtisadi maraqlarını təmin etmək istəyən Rusiya XIX əsrin birinci yarısında buna nail oldu. 1805-ci ildə Qarabağ xanı ilə Rus imperatoru arasında «Kürəkçay» müqaviləsi imzalandı. 11 maddədən ibarət «Andlı öhdəlik» adlanan bu traktat ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi. Bu traktatın şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı oldu (Traktat mecdu Karabaxskim xanom i Rossiyskoy imperiey o perexode xanstva pod vlastğ Rossii ot 14 maə 1805 qoda. 6-cı maddə; Qarabaq: Körakçayskiy doqovor-200, Baku, 2005, 176 s; Hacıyev Q.Ə. Kürəkçay müqaviləsi və Qarabağın sonrakı tarixi taleyi // Qarabağ dünən, bu gün və sabah. 2006, s.142-147)

«Kürəkçay»ın (1805-i il) ardınca Rusiya ilə İran arasında bağlanan «Gülüstan» (1813-cü il) və «Türkmənçay» (1828-ci il) müqaviləsindən sonra Rusiya dövləti qısa müddətdə (1828-1830-cu illərdə) İrandan 40 min və Türkiyədən 90 min ermənini Qarabağa köçürdü və məskunlaşdırdı. Çar Rusiyası Qarabağda erməniləşdirmə prosesinə başladı (Umudlu V.U. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828), Bakı, 2004,180 s.) Bununla da Azərbaycanın Qarabağ bölgəsi münaqişə yuvasına çevrildi.

XX əsrin əvvəllərində Qarabağda etnik təmizləmə siyasəti geniş vüsət aldı. Bu, 1905-1906-ci illərdə türk-müsəlmanların silahlandırılmış ermənilər tərəfindən qırğını ilə nəticələndi (Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, 1993; Ordubadi M.S. Qanlı illər. Bakı, 1991).

Ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağda möhkəmlənə bildilər.

“XX əsrin əvvəllərindən erməni millətçiləri öz tarixi torpağında yaşayan azərbaycanlıları planlı surətdə qovmağa, qırmağa və milli soyqırıma başladılar” (Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995, s.28). 1918-ci ilin mart ayında Qarabağ bölgəsinin azərbaycanlı əhalisi də soyqırıma məruz qaldı.

1918-1920-ci illərdə Qarabağda erməni daşnakları Qarabağın qəzalarında kəndləri məhv edərək minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular (Məmmədova H. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov. Azərbaycan MEA Xəbərləri (tarix, fəlsəfə, hüquq seriyası). №2, 1999. s.54-59).

1920-ci il mayın 3-də XI Ordunun silahlı dəstələri Azərbaycana soxuldu. Rus bolşevikləri Qarabağda yuva salmış erməni quldur dəstələrinin bilavasitə köməyi ilə AXC-nin Qarabağ general-qubernatorluğunu ləğv etdilər (Məmmədova H. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov. Azərbaycan MEA Xəbərləri (tarix, fəlsəfə, hüquq seriyası). №2, 1999. s.54-59).

1923-cü ildə Ermənilər Rusiyada çarizmin süqutu və Sovet hökumətinin qurulması ilə meydana çıxan əlverişli şəraitdə inzibati ərazi məsələsini qaldırdılar və DQMV kimi nə tarixi, nə də sosial-iqtisadi əsası olmayan bir qurum yaratdılar (Paşayev A. Qarabağ bölgəsində erməni vəhşilikləri // Açılmamış səhifələrin izi ilə, Bakı 2001, s.267-292; Imanov R. Azərbaycanın ərazi bütövlüyünə qəsd – qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti. Bakı, 2005, s.80).

Sovetlər dövründə dəfələrlə DQMV-nin Ermənistana birləşdirilməsinə cəhdlər edilmöşdir.

1988-ci ilin əvvəllərindən başlayaraq DQMV-də Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiası irəli sürüldü. Ermənistan adlandırılmış qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycandan 10 minlərlə soydaşımız öz tarixi-etnik ərazilərindən deportasiya edildi.

1988-ci ilin iyulunda DQMV-nin Azərbaycanın tərkibindən çıxması, 1989-cu ildə isə Ermənistana birləşdirilməsinə dair qərar qəbul edildi. Silahlandırılmış erməni quldur dəstələri yerli azərbaycanlı əhalini Dağlıq Qarabağ ərazisindən - öz doğma yurd-yuvasından çıxardı.

1991-ci ildə erməni silahlı birləşmələri açıq hərbi əməliyyatlara başladılar. 1991-ci il sentyabrın 2-də erməni separatçıları Yuxarı Qarabağda qeyri-qanuni bir qurum, oyuncaq «Dağlıq Qarabağ Respublikası»nın yarandığını elan etdilər. 1992-ci ildə erməni silahlı birləşmələri Yuxarı Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başladılar.

Erməni və rus hərbi birləşmələri 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndlərini işğal etdilər, fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiya Federasiyasının Stepanakertdə (Xankəndində) yerləşən silahlı qüvvələrinin 366-cı alayının iştirakı ilə əhalisinin hamısı (7 min) azərbaycanlı olan Xocalı şəhərini yerlə yeksan etdilər. Dinc mülki əhali dəhşətli soyqırıma məruz qaldı.

1992-1993-cü illərdə Dağlıq Qarabağ ərazisi və Azərbaycanın digər 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan Ermənistanın hərbi qüvvələri tərəfindən işğal olundu.

Ermənistanın etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, 30 min nəfərdən artıq insan qətlə yetririldi, 50 min nəfərdək adam yaralandı və şikəst oldu, 1 milyonadək azərbaycanlı qaçqın və məcburi köçgünə çevrildi, 4581 nəfərdən çox adam əsir və itkin düşdü. Müharibənin rəsmi imzalanmış atəşkəslə birinci mərhələsi başa çatmış oldu, ikinci mərhələ sülh danışıqları vasitəsilə davam etdirilir. 

http://istoriya.az/qarabagh.php

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR