Tural Gəncəliyev: "Girovların yaxınları ilə görüşdürülməsinin yox, birdəfəlik təhvil verilməsinin tərəfdarıyıq"

"Ermənistanın cinayətkar rejimi tərəfindən həmvətənlərimizin qanunsuz şəkildə saxlanılmasını pisləyir və dərhal onların ölkəmizə verilməsini tələb edirik". 

APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib. 

Onun sözlərinə görə, təəssüf ki, erməni tərəfi azərbaycanlı girovları qaytarmaqdan imtina edir:  "Erməni tərəfi bildirir ki, orada saxlanılan azərbaycanlıların yaxınları ilə görüşdürülməsini təmin edə bilərlər. Lakin biz onların görüşdülməsinin yox, birdəfəlik təhvil verilməsinin tərəfdadıyıq. Ermənistan tərəfi bizim həmvətənlərimizi qanunsuz şəkildə saxlayır. Öz doğma torpaqlarını, ata-babalarının məzarlarını ziyarət edən şəxsləri cinayətkarcasına yaxalayıb. Mesajımız budur ki,  tezliklə girovlarımızı qaytarsınlar". 

 

https://apa.az/az/dagliq_qarabag/Tural-Gncliyev:-%22Girovlarin-yaxinlari-il-gorusdurulmsinin-yox-birdflik-thvil-verilmsinin-trfdariyiq%22-565439