Nazirlik: Dünya birliyinin Qarabağ münaqişəsinin həllinə yönəlmiş haqlı mövqeyimizə dəstəyi daha da artıb

“Diplomatik fəaliyyətimizin əsas istiqaməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üzərində cəmləşib”.

APA-nın xəbərinə görə, bu, 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat buraxılışında əksini tapıb.

“Həyata keçirilən ardıcıl diplomatik səylər nəticəsində dünya birliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə yönəlmiş Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artıb”, - deyə qeyd olunub.

 
apa-logo-mini