Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Ankarada Xocalı facİəsİ barədə sənədlİ fİlmİn və kİtabın təqdİmatı keçİrİlİb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ankaradakı ofisinin təşkilatçılığı ilə Türkiyə paytaxtında “Endless Corridor” (Sonsuz Dəhliz) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabının təqdimat mərasimi keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, tədbirin açılış hissəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin Xocalı soyqırımı ilə bağlı mesajı oxunub. Mesajda Türkiyənin dost və qardaş Azərbaycanın acılarını paylaşdığı vurğulanıb.

 

Sonra Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Lionel Zetter, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Xocalı sakini, soyqırımın şahidi Valeh Hüseynov çıxış edib. Tədbir “Sonsuz Dəhliz” sənədli filminin nümayişi ilə başa çatıb.

 

Tədbirdə səfirliyin əməkdaşları, Türkiyə XİN-in rəsmiləri, Ankaradakı diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri, görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri iştirak ediblər. 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR