Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Lüksemburqda “Endless Corrİdor” sənədlİ fİlmİnİn nümayİşİ və “Khojaly Wİtness of a war crİme – Armenİa İn the Dock” kİtabının təqdİmatı olub

Fevralın 16-da Lüksemburqda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Justice for Khojaly!” (Xocalıya ədalət !) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) adlı kitabın təqdimatı olub. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov, Lüksemburqun ictimai-siyasi xadimləri, işgüzar dairələrin nümayəndələri, tələbələr və media mənsubları, o cümlədən Lüksemburq-Azərbaycan Kommersiya Palatasının prezidenti Mark Hübsch, Qarabağ Mədəniyyət Assosiasiyasının baş katibi Eva Rodickin də iştirak edib.

 

Əvvəlcə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin direktoru Mariya-Laetitia Gordin çıxış edib. O, Avropa Azərbaycan Cəmiyyətinin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu cür silsilə tədbirləri təşkil etməkdən qürur duyduğunu bildirib. M. Gordin qeyd edib ki, kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikanın 100 ölkəsində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib: “Lüksemburqdakı tədbirdən əlavə, TEAS “Xocalıya Ədalət ! kampaniyası çərçivəsində London, Paris, Strasburq, Brüssel, Berlin, Bern, Dublin, İstanbul, Ankara, Roma və Vilnüsdə də tədbirlər təşkil etməyi planlaşdırır”.

 

Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov çıxışında bildirib ki, “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində bütün dünyada bu cür tədbirlər təşkil edilir: “Bu axşam burada nümayiş olunan “Sonsuz dəhliz” filmi indiyədək Xocalı faciəsini və bu gün onu xatırlamağımızın səbəbini ən yaxşı izah edən tədbirdir”.

 

F. İsgəndərov hər il fevralın sonunda bütün dünyadakı azərbaycanlıların Xocalıda baş vermiş soyqırımı ehtiramla yad etdiyini söyləyib: “Mən özüm müharibə veteranıyam. 1992-ci il fevralın 26-da Xocalı faciəsinin nəticələrini görmək istəyən əcnəbi jurnalistləri müşayiət etməyi mənə həvalə edilmişdi. Mən qətlə yetirilmiş uşaqları və digər qurbanları öz gözümlə gördüm. Mən həm də əcnəbi jurnalistlərin bütün bu olanlara reaksiyasının canlı şahidi oldum. Mən dərk etdim ki, bu mesajı təkcə Azərbaycanda deyil, həm də bütün dünyada gələcək nəsillərə çatdırmaq lazımdır. Xocalıdan sonra Avropada bir çox faciələr baş verib. Azərbaycan öz başına gələn faciəni digərləri ilə ona görə paylaşır ki, gələcəkdə belə faciələrin qarşısı alınmış olsun”.

 

Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin layihə koordinatoru İan Pört öz çıxışında “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabının redaktorlarından biri olduğunu bildirib: “Mən Xocalı faciəsinin şahidləri və bu faciədən zərər çəkmiş insanlarının ilk ifadələrini toplayarkən 10 il idi ki, Azərbaycanda yaşayırdım. Bu hadisədən birbaşa zərərçəkmiş insanlarla şəxsən görüşdükdən sonra, mən bu faciənin miqyasını tamam başqa cür dərk etməyə başladım. Kitabda Xocalı sakinlərinin verdiyi ifadələr yer alıb. Bunlar sadəcə statistik məlumatlar deyil – bu insanlar 23 il bundan əvvəl başlarına gələnlərin fəsadları ilə yaşayırlar. Toplu Xocalı faciəsi haqqında Qərbdə ingilis dilində nəşr olunmuş ilk müstəqil nəşrdir. Zamanında bir çox xarici jurnalistlər baş verənləri nəşr etdirmək üçün öz redaktorlarını dilə tutmaqda problemlərlə üzləşiblər. Kitabda həm Qərbdə, həm də Rusiya mətbuatında nəşr olunmuş, eləcə də beynəlxalq insan haqları təşkilatlarının dərc etdiyi birinci əl reportajlar yer alıb. Hazırda beynəlxalq təşkilatlar Azərbaycanın güzəştə getməsini təkid edir, lakin əgər sən həyat yoldaşını və evini itirmisənsə, bu qeyri-mümkündür”.

 

Tədbirdə litvalı prodüser Aleksandr Brokas və amerikalı prodüser Cerald Rafşunun birgə çəkdikləri “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı sənədli filmin nümayişi olub. Film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR