Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Stanford Unİversİtetİndə Xocalı facİəsİnə həsr olunmuş tədbİr keçİrİlİb

 Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə dünyanın ən nüfuzlu təhsil ocaqlarından olan, Kaliforniyada yerləşən Stanford Universitetində Xocalısoyqırımına dair tədbir keçirilib.

 

Baş konsulluqdan APA-ya verilən məlumata görə, sözügedən universitetdə təhsil alan azərbaycanlı tələbələr Cəfər Cəfərov və Yasmin Bəşirovanın təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin müəllim-tələbə kollektivi, eləcə də Kaliforniya ştatının şimal şəhərlərində yaşayan Azərbaycan və digər icmaların fəalları iştirak ediblər.

 

Tədbirin açılışında azərbaycanlı tələbə Y.Bəşirova qonaqları salamlayaraq, sözü Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) ABŞ üzrə xüsusi müxbiri Yusif Babanlı və Xocalı soyqırımının canlı şahidlərindən olan Anar Usubova verib.

 

Y.Babanlı öz çıxışında Sovet İttifaqının son illərində erməni ekstremizminin yaratdığı etnik qarşıdurma vəziyyətindən və bunun nəticəsində regiona yayılan hərbi-siyasi böhrandan, daha sonra bu böhranın Ermənistan tərəfindən sistemli şəkildə Azərbaycana qarşı aparılan zorakılıq və işğalçılıq siyasətinə çevrilməsindən bəhs edib. O, həmçinin Ermənistan ordusu tərəfindən Xocalının işğalı ərəfəsində Malıbəyli və Quşçular kəndlərinin 10-12 fevral və Qaradağlıkəndinin 17 fevral tarixlərində işğalı və bu kəndlərdə azərbaycanlılara qarşı həyata keçirilən qətliam haqqında söz açıb. Qeyd edib ki, Xocalı erməni işğalçıları üçün strateji əhəmiyyət daşısa da, onların əsas məqsədi yerli əhali üzərində qətliam törətməklə Azərbaycan xalqı arasında vahimə salmaq idi. Y.Babanlı müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, regionun lider dövlətinə çevrilməsi barədə də iştirakçıları məlumatlandırıb.

 

Xocalı soyqırımı zamanı beynəlxalq ictimaiyyətin gözləri qarşısında ən ali bəşəri dəyərlərə ağır zərbələr vurulduğunu, çox sayda günahsız insanın vəhşiliklə qətlə yetirildiyini və bütün bu baş verənləri canlı şahid kimi gördüyünü bildirən Xocalısakini A.Usubov foto-faktlar əsasında öz kədərli xatirələrini bölüşüb. Sonra natiqlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

 

Tədbirin sonunda Xocalı soyqırımı zamanı törədilmiş ağır cinayətləri və Xocalıqurbanlarının iztirablarını əks etdirən sənədli film nümayiş etdirilib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR