Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Vyanada Xocalı soyqırımının 23-cü İldönümü İlə bağlı aksİya keçİrİlİb

Avstriyada fəaliyyət göstərən “Azərbaycan Akademik Birliyi” fevralın 21-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında Xocalısoyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.

 

İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzindən APA-ya verilən məlumata görə, "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində baş tutan aksiyada təşkilatın üzvləri, bu ölkədə yaşayan soydaşlarımız və türk diasporunun nümayəndələri iştirak ediblər.

 

Vyananın mərkəzi Ştefan meydanında qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalı barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib. Tələbə cəmiyyətinin üzvləri üzərində “Xocalıya ədalət!” yazılmış böyük ölçülü şüarla meydandan keçən insanların diqqətini aksiyaya yönəldib, maraq göstərən insanları, Ermənistanın işğalçı siyasətinin ağır humanitar nəticələri, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, “Xocalıya ədalət” kampaniyasının məram və məqsədləri haqqında daha ətraflı məlumatlandırıblar.

 

Meydanda quraşdırılmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, o cümlədən, sənədli filmlər nümayiş olunub.

 

Sonra tədbir iştirakçıları Vyana şəhərinin mərkəzi küçələri ilə Ştefan meydanından Avstriya parlamentinin önünə qədər yürüş edib, eləcə də şəhərin mərkəzi küçələri, Prezident AdministrasiyasıNazirlər Kabineti, bir sıra nazirliklər və mühüm dövlət strukturları yerləşən məkanlarda Xocalı faciəsi haqqında informasiya vərəqələrini Vyana sakinlərə paylayıblar.

 

Tədbir Avstriya parlamenti önündə yekunlaşıb. “Xocalıya Ədalət” Kampaniyasının bu il elan etdiyi “Yalanla mübarizə üçün alov yandır” (Light a Fire to Fight the Liar) devizi altında aksiya iştirakçıları, erməni yalanları ilə mübarizəyə çağıran və beynəlxalq ictimaiyyətə yönəlmiş petisiyanı yayıb, Xocalı soyqırımı qurbanlarının ruhunun xatirəsinə ehtiram əlaməti olaraq parlamentin önündəki meydanda şam düzüblər.

 

Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü 2009-cu ildən keçirilir və hazırda 50-dən artıq ölkədə mütəmadi əsasda fəaliyyət göstərməkdədir. Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi-mənəvi və hüquqi qiymətin verilməsi məqsədini daşıyan kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR