Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

“The Korea Tİmes” qəzetİndə Xocalı soyqırımına həsr olunmuş məqalə çap edİlİb

Koreya Respublikasında nəşr olunan “The Korea Times” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurovun “Xocalısoyqırımı qurbanları yad edilir” adlı məqaləsi çap edilib.

 

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə “Xocalı” sözünün Koreya ictimaiyyəti üçün naməlum olması bildirilərək, Xocalının 20 ildən artıqdır Ermənistanın işğalı altındakı Azərbaycana məxsus Dağlıq Qarabağ regionu ərazisində yerləşən qəsəbə olması və 20-ci əsrin ən dəhşətli qırğınlarından birinə şahidlik etməsi göstərilib.

 

Məqalədə, Xocalı soyqırımı barədə məlumat verilərək, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının yerli Azərbaycan əhalisinə qarşı etnik soyqırımı törədildiyi, 613 mülki şəxsin qətlə yetirildiyi, onlardan 106-nın qadın, 83-nün isə uşaq olduğu bildirilib, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsi dövründə mülki şəxslərə qarşı törədilmiş ən qəddar cinayət olduğu göstərilib.

 

Səfir Ermənistanın hər nə qədər Xocalı soyqırımını onların törətməsini inkar etməsinə baxmayaraq, bu ölkənin hazırkı prezidenti S.Sarkisyanın jurnalist Tomas de Vala verdiyi müsahibəsində Xocalı qətliamının məhz Ermənistan tərəfindən törədilməsini etiraf etdiyini bildirib.

 

Məqalədə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünya miqyasında “Xocalıya ədalət” kampaniyasının həyata keçirildiyi, Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi qiymət verilməsi istiqamətində qətiyyətli addımların atıldığı, Azərbaycanın bu istiqamətdəki çağırışlarının bir sıra xarici ölkələr tərəfindən müsbət cavablandırıldığı və hətta bu yaxınlarda İsrail Prezidenti Reuven Rivlinin BMT Baş Assambleyasında çıxışı zamanı Xocalı soyqırımına istinad etdiyi göstərilib.

 

Səfir sonda 26 fevral tarixində dünyada yaşayan bütün azərbaycanlıların Xocalısoyqırımını, bu dəhşətli faciənin qurbanlarını yad etdiklərini vurğulayaraq, beynəlxalq ictimaiyyətin azərbaycanlılara qarşı törədilmiş bu insanlıq cinayətinə səssiz qalmayacağına inamını ifadə edib. 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR