Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Meksİka unİversİtetİndə Xocalı soyqırımının 23-cü İldönümü İlə əlaqədar konfrans keçİrİlİb

Meksikanın tanınmış “ANAHUAC” universitetinin Beynəlxalq münasibətlər fakültəsində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.

 

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “ANAHUAC” Universitetinin professoru Xuan Manuel Ferezin təşkilatçılığı ilə keçirilmiş tədbirdə universitetinin müəllim-tələbə heyəti iştirak edib.

 

Konfransı giriş sözü ilə açan professor Xuan Manuel Ferez Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətinin tarixi mərhələləri və bu kontekstdə ermənilərin Azərbaycana köç tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin təfərrüatları, Xocalı soyqırımı, habelə münaqişəyə dair BMT TŞ-nin məlum qətnamələri və ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.  

 

Tədbirdə çıxış edən Səfir İ. Muxtarov Ermənistanın işğalçılıq siyasəti və Xocalısoyqırımından geniş bəhs edib.

 

Sonra Azərbaycanın tarixi torpaqları və sərhədləri, strateji-coğrafi yerləşməsi,Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və dünya demokratiya tarixinə töhfələri, Azərbaycanda sovet hakimiyyəti illəri, xalqımızın öz istiqlaliyyəti uğrunda mübarizəsi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin qonşu Ermənistan tərəfindən işğalı və bu ərazilərdə Azərbaycanın tarixi və mədəni irsinin məhvi,  Xocalı soyqırımının təfərrüatları,  münaqişənin həlli ilə əlaqədar aparılmış uzun danışıqlar prosesi mövzularında geniş slayd prezentasiya edilib.

 

Konfrans iştirakçılarına səfirlik tərəfindən ispan dilində hazırlanmış “Xocalıda soyqırımı” jurnalı paylanıb.

 

Konfransın yekununda səfir İ. Muxtarov tədbir iştirakçılarının suallarını cavablandırıb, habelə universitetin kitabxanasına Azərbaycanın tarixi və mədəniyyəti,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müxtəlif çap materialları hədiyyə edilib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR