Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

İzmİtdə Xocalı abİdəsİnİn tİkİntİsİ başa çatıb

Türkiyənin İzmit şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin tikintisi artıq bitmək üzrədir.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “XocalıŞəhidləri Abidəsi” İzmit Bələdiyyəsi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) arasında imzalanmış protokola əsasən hazırlanıb.

 

İzmitin Yenişəhər məhəlləsində qoyulmuş abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir. Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub. Aprelin 22-də Azərbaycan və Türkiyənin dövlət nümayəndələrinin iştirakı ilə abidənin açılışı gözlənilir.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR