Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycan-Türkİyə əməkdaşlığı olmadan bölgədə heç bİr layİhə reallaşdırıla bİlmə

Türkiyənin tanınmış media nümayəndələri aprelin 4-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində olublar.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin fəaliyyəti haqqında qonaqlara məlumat verən Bayram Səfərov qurumun 80 mindən artıq üzvünün olduğunu deyib.

B. Səfərov ölkələrimiz arasındakı qardaşlıq münasibətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən söhbət açıb. O, Türkiyə-Azərbaycan əlaqələrinin dərin tarixi köklərə malik olduğunu söyləyib.

İyirmi ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışan beynəlxalq qurumların ikili standartlara yol verdiyini və problemin nizamlanmasında qətiyyətli mövqe göstərmədiyini diqqətə çatdıran sədr deyib: “Azərbaycan sülh tərəfdarıdır, biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik”. Bildirilib ki, bu gün Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Lakin onların bir arzusu var - ata-baba torpaqlarına qayıtmaq.

Görüşdə çıxış edən İctimai Birliyin idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Elman Məmmədov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov hər zaman bir-birinin yanında olan ölkələrimizin birlikdə həyata keçirdiyi layihələrdən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən, problemin həllində Türkiyənin ədalətli mövqeyindən danışıblar. Bildirilib ki, rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu da ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir göstəricisidir.

Diqqətə çatdırılıb ki, bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə, həm də region üçün çox önəmli olub. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Azərbaycan Prezidentinin də bildirdiyi etdiyi kimi, Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Vurğulanıb ki, ölkələrimizin genişlənən əməkdaşlığı və strateji tərəfdaşlığı regionda sabitliyin göstəricisidir.

Sonra görüşdə türkiyəli jurnalistlərin sualları cavablandırılıb.


VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR