Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Macar İctİmaİyyətİ “ermənİ soyqırımı”nın həqİqİ mahİyyətİ barədə məlumatlandırılıb

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı II Beynəlxalq elmi konfrans aprelin 10-da işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, konfransın ikinci iş günündə Azərbaycan, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan və digər ölkələrin arxivlərindən əldə edilmiş çoxsaylı sənədlər əsasında hazırlanan məruzələr dinlənilib. Diqqətə çatdırılıb ki, 1914-1920-ci illərdə Şimali Azərbaycanın əksər bölgələri - Bakı, Şamaxı, Quba, Şəki, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, həmçinin Cənubi Azərbaycanın bir çox əraziləri (Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz) və Şərqi Anadoluda yaşayan türk-müsəlman əhalisinə qarşı erməni-daşnak silahlı birləşmələri tərəfindən dəhşətli soyqırımları törədilib. On minlərlə türk-müsəlman və digər millətlərin nümayəndələri, o cümlədən günahsız körpələr, qadınlar və yaşlı insanlar məhz etnik mənsubiyyətinə görə vəhşicəsinə öldürülüblər.

Yüzdən çox tanınmış alim və mütəxəssisin, rəsmi qonaqların qatıldığı konfransın işi “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” bölmələri üzrə aparılıb.

Mövzu üzrə məruzələr dinlənildikdən sonra beynəlxalq konfrans iştirakçılarının dünya elm ictimaiyyətinə müraciəti qəbul olunub.

Konfransın sonuncu iş günü - aprelin 11-də iştirakçılar Bakı şəhərinin görməli yerləri ilə yaxından tanış olacaqlar.

Xatırladaq ki, beynəlxalq tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Beynəlxalq elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı Türkiyə, Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan tarixçi alimlər iştirak ediblər.

Konfransda təqdim olunan məqalələr “AMEA Tarix İnstitutunun elmi əsərlərinin xüsusi buraxılışı” adı ilə çap edilərək iştirakçılara paylanılıb.


VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR