Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Herbert Salber: Dağlıq Qarabağ münaqİşəsİnİn həllİ Avropa İttİfaqı üçün çox vacİbdİr

Aprelin 30-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə İctimai Birliyin idarə heyətinin sədri, icma rəhbəri Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində danışıqların vəziyyəti barədə məlumat verib. O, beynəlxalq qurumların hələ də ikili standartlar siyasətini davam etdirdiyini bildirib və münaqişənin həlli prosesində dünya birliyi tərəfindən qətiyyət göstərilməsinin vacibliyini vurğulayıb. B.Səfərov deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və biz bu istiqamətdə həm Avropa İttifaqından, həm də digər beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik”.

İcma sədri deyib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdardır. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin bir hissəsi hələ də işğal altındadır. Əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli şəkildə həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik.

Görüşdə iştirak edən İctimai Birliyin idarə heyətinin üzvləri, Milli Məclisin deputatı Elman Məmmədov və professor Fərhad Bədəlbəyli qeyd ediblər ki, Avropa İttifaqının bu münaqişənin həll olunmasında daha yaxından fəaliyyət göstərməsi zəruridir. Münaqişənin həlli üçün Avropa İttifaqının dəstəyi və səyi nəticəsində icmalararası dialoqların təşkil olunması, Aİ-nin bu istiqamətdə mövcud proqram və layihələrində tərəflərin daha aktiv iştirakının təmin edilməsi vacibdir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Bakıda olmaqdan və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşdən məmnunluğunu ifadə edib və bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu təşkilat üçün çox vacib məsələdir. Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR