Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Şuşanın ermənİlər tərəfİndən İşğalının 23-cü İldönümü İlə əlaqədar anım tədbİrİ keçİrİlİb

Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü ilə əlaqədar mayın 7-də Beynəlxalq Muğam Mərkəzində anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində şuşalı rəssamların əsərlərindən təşkil olunmuş “Şuşaya səyahət” adlı sərgiyə baxıblar.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirdə çıxış edərək bildirib ki, 1988-ci ildən başlayaraq ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparıb. BMT-nin məlum qətnamələrinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir. Bu işğalçılıq xalqımıza böyük maddi-mənəvi ziyan vurub, 1 milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin düşüb.

Diqqətə çatdırılıb ki, Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq insan isə doğma yurd-yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Qeyd edilib ki, Şuşa Azərbaycan tarixinə, mədəniyyətinə görkəmli şəxsiyyətlər, incəsənət xadimləri, ziyalılar bəxş edib. Respublikada ilk teatr, nəşriyyat, kitabxana Şuşada açılıb. Şuşada ermənilər 8 mədəniyyət evini, 25 tibb mərkəzini, 7 uşaq bağçasını, 2 mehmanxananı, Şuşa televiziyasını və bir sıra tarixi mədəniyyət abidələri talan edib, yandırıb və dağıdıblar.

Diqqətə çatdırılıb ki, bu gün qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində lazımi addımlar atılır. Dövlət tərəfindən məcburi köçkünlərə diqqət və qayğının nəticəsi olaraq bütün məcburi köçkün şəhərcikləri ləğv olunub. Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb.

Sonra Şuşanın tarixi keçmişi və görkəmli şəxsiyyətləri haqqında sənədli film nümayiş etdirilib.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər

və xarici siyasət” kafedrasının dosenti Elçin Əhmədov tədbirdə Şuşanın tarixi, mədəniyyəti haqqında çıxış edib.

Tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında hazırlanan ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Tədbirdə, həmçinin “Şuşaya azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan 19 xarici ölkənin nümayəndələri də iştirak ediblər.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR