Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

İƏT-İn Küveyt toplantısında qəbul edİlən Bəyannamədə Ermənİstanın Azərbaycana qarşı təcavüzü kəskİn pİslənİlİr

Mayın 27-28-də Küveytdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Tolerantlığın gücləndirilməsi və terrorizmdən imtina edilməsinə ortaq baxış” adlı 42-ci toplantısında qəbul edilən yekun Bəyannamənin preambulasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiyada “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adı altında qəbul edilmiş qətnamədə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü kəskin şəkildə pislənilir, Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər insanlığa qarşı cinayət kimi qiymətləndirilir. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsi tələb edilir. Sənəddə, eyni zamanda, Azərbaycana münaqişə zamanı dəymiş zərərin ödənilməsi üçün Ermənistandan təzminat tələb etmə hüququ tanınır və bu təzminatın ödənilməsi üzrə məsuliyyətin Ermənistanın üzərinə düşdüyü qeyd olunur.

Həmçinin qətnamədə Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğalın davam etdirilməsinin qarşısının alınması üçün İƏT-in üzv dövlətləri Ermənistana silah satmamağa və bu ölkəyə silah satışı qismində ərazilərindən tranzit dövlət kimi istifadəyə yol verməməyə çağırılır.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə Azərbaycanın Ermənistan tərəfindən zəbt olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir. Ermənistanın bu kimi əməlləri ilə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd edilir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qəti şəkildə və qeyd-şərtsiz icra edilməsi tələb olunur. Həmçinin Ermənistandan tələb edilir ki, beynəlxalq turizm sərgilərində və tədbirlərdə Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsi özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoysun.

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR