Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

ATƏT-İn fəalİyyətdə olan sədrİ, Serbİya Baş nazİrİnİn müavİnİ və xarİcİ İşlər nazİrİ İvİtsa Daçİçİn başçılıq etdİyİ nümayəndə heyətİ İlə görüş

İyunun 1-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə İctimai Birliyinin İdarə heyətinin üzvləri və İcma rəhbəri Bayram Səfərov arasında  görüş keçirilmişdir.

Görüş zamanı İctimai Birliyinin İdarə heyətinin sədri, İcma rəhbəri Bayram Səfərov Bayram Səfərov ilk öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hal-hazırki durumu haqqında geniş məlumat vermişdir. İcma rəhbəri münaqişənin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və münaqişənin həllində qətiyyətli mövqe göstərmədiklərini diqqətə çatdıraraq vurğulamışdır ki,  bu münaqişə yalnız Azərbaycanın arazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna bilər.

Eyni zamanda o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində Ermənistanın təcavüzkar siyasəti ilə yanaşı, beynəlxalq qurumların hələ də ikili standartlar siyasətini davam etdirməsi və münaqişənin həlli prosesində qətiyyətli olmalı olmalı olduqlarını bildirmişdir. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yaxın zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın arazi bütövlüyünün təmin olunması şərti həll olunmalıdır və biz bu istiqamətdə həm ATƏT-in Minsk qrupundan, həm də digər beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik.

İcma sədri görüş zamanı həmçinin qeyd etmişdir ki, ölkə başçısı cənab Prezident İlham Əliyevində qeyd etdiyi kimi Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdardır. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altındadır.  Əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər:  “Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik.”

Sonra İcma rəhbəri Bayram Səfərov qeyd etmişdir ki, Azərbaycan xalqı münaqişənin həllində cənab Prezident İlham Əliyevin tutduğu sülh yolunu dəstəkləyir, Cənab Prezindentin də qeyd etdiyi kimi, Azərbaycan Dağlıq Qarabağa və Qarabağda yaşayan ermənilərə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək statusun verilməsinə hazırdır və biz də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunub, orada olan ermənilərlə Azərbaycan vətəndaşı kimi birgə yaşamağa hazırıq.

Bundan başqa görüşdə iştirak edən İctimai Birliyinin İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Elman Məmmədov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli,  İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, dosent Elçin Əhmədov qeyd etmişlər ki, Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şu­ra­sının 822, 853, 874 və 884 saylı qət­na­mələri, eləcə də Təhlükəsizlik Şu­ra­sı sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdik­lə­ri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səy­lər Ermənistan Respublikasının açıq-aşkar hər­bi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəti­cə­lər verməmişdir.

Diqqətə çatdırılmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində  bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunmuşdur. Eyni zamanda, adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllinin öz əksini tapmıası göstərilmişdir.

Bildirilmişdir ki, güc tətbiqi ilə ərazi qazanılması və əldə edilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir. Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayına və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyildir. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və bölgənin iki icması arasında dinc yaşayış təmin olunacaqdır.

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç də öz növbəsində Bakıda olmaqdan və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə görüşün təşkil olunmasından çox böyük məmnunluq hissini bildirmiş və qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həlli ATƏT üçün çox vacib məsələdir. ATƏT-in fəaliyyətdə olan sədri vurğulamışdır ki,  Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir.

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR