Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Tarix

Ermənİ ekspert: “Bu gün Ermənİstanda Dağlıq Qarabağa mənfİ münasİbət var”

 APA. “Bu gün Ermənistanda Dağlıq Qarabağa mənfi münasibət var”.

 

APA-nın “express.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın siyasi və seçki texnologiyaları üzrə eksperti Armen Badalyan deyib.

 

A. Badalyan bildirib ki, indi 1988-ci il deyil, bunu anlamaq lazımdır: “Çoxları cəmiyyətdə Qarabağ mənşəli prezidenti və 1 mart hadisələrini gördülər. Desələr ki, Qarabağda nəsə baş versə Yerevanda Qarabağın müdafiəsi üçün yüz minlik nümayiş toplanacaq, inanmayın. Çünki şüurlarda dəyişiklik baş verib. 88-ci ildə Qarabağ insanların şüurunda işıqlı gələcək idi. İndi - 20 il sonra həm cəmiyyət dəyişib, həm də Qarabağ məsələsinin mahiyyəti. İkinci prezidenti (Robert Koçaryan) gördük, üçüncü prezidenti (Serj Sarkisyan) gördük, onun qardaşlarını gördük - onlar qarabağlılardır. Bütün bunlar öz izini qoyur və bu, nə vaxtsa öz təsiri göstərə bilər. Bir çox hallarda mən insanlara deyirəm: əgər siz Şuşanın üzərində Azərbaycan bayrağını görsəniz, Yerevanda yüz minlik nümayişlər gözləməyin. Ola bilər daşnaklar mitinq keçirər, bir neçə yüz insan toplaşar, lakin Qarabağ qələbəsinin mənası tamamilə itirilib”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR