Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Bayram Səfərov: “Bİz öz tərəfİmİzdən çox çalışdıq kİ, ermənİ İcması, daha doğrusu, əlİ qana batmayan ermənİlərlə görüşək, alınmadı”

“Biz öz tərəfimizdən çox çalışdıq ki, erməni icması ilə, daha doğrusu, sadə, əli qana bulaşmayan ermənilərlə görüşək, amma alınmadı”.

 

APA-nın məlumatına görə, bunu "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri, ŞuşaRayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

 

B. Səfərov bildirib ki, Ermənistan rəhbərliyi görüş üçün imkan yaratmayıb: “Bu görüşün baş tutması üçün Ermənistan tərəfi heç bir şərait yaratmadı. Biz isə imkan olduqca əzəldən Dağlıq Qarabağda yaşayan ermənilərlə danış apamaq istəyirdik”.

 

B. Səfərov əlavə edib ki, hazırda Ermənistanda baş verən hadisələr beynəlxalq media tərəfindən yetərincə işıqlandırılmır: “Kütləvi informasiya vasitələrinin çoxu sanki bu hadisələri görmür. Bu da bizdə bir daha əminlik yaradır ki, ikili standart və ədalətsizlik var. Ermənilər mitinq keçirib öz hüquqlarını tələb etsələr də, baş verənləri qapalı saxlamağa çalışırlar”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR