Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Novruz Məmmədov: "Azərbaycan və Ermənİstan prezİdentlərİnİn Nyu-Yorkda görüşməsİ barədə hələlİk razılıq yoxdur"

APA. “Bu ilin yarım ili ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində nəzərə çarpan irəliləyiş olmayıb”.

 

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədov deyib.

 

N. Məmmədov bildirib ki, müəyyən addımlar atılsa da, nəticə yoxdur: “Elə həmsədrlər buna görə də regiona səfər etdilər. İradə nümayiş etdirdilər ki, xarici işlər nazirləri, prezidentlər görüşsünlər. Amma Azərbaycan prezidenti bəyan edir ki, görüşə hazırdır, amma görüş görüş xatirinə olmasın".

 

N. Məmmədov qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclası çərçivəsində görüşü barədə hələlik razılıq yoxdur: “Həmsədrlər prezidentləri görüşdürmək istəyirlər. Amma bu görüşün sentyabr, oktyabr, yaxud noyabrda olacağını deyə bilmərəm”. 

 

PA rəsmisi vurğulayıb ki, Azərbaycan gec-tez öz torpaqlarını qaytaracaq: "Yunanlar deyirlər ki, Allah kimisə cəzalandıranda əvvəlcə ağlını alır. İndi yəqin ki, Allah Ermənistan rəhbərliyinin ağlını alıb. Erməniləri iki yerə bölmək lazımdır. 6-7 milyon erməni müxtəlif ölkələrdə qoltuqlarda rahat yaşayır, 1-1,5 milyon isə Ermənistanda onların cəzasını çəkir, gələcəkləri yoxdur. Ermənistan müstəqillik qazanan zaman iddialarla çıxış etməsəydilər, indi Azərbaycanda da çox rahat yaşayırdılar".

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR