Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Bayram Səfərov: "Mən bİr şeyİ bİlİrəm kİ, Rusİya dövlətİ Azərbaycanın ərazİ bütövlüyünü tanıyır"

APA. “Mən bir şeyi bilirəm ki, Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın qanunlarına da hörmətlə yanaşır. Biz Bako Saakyanı adlı adamı tanımırıq. Onlar işğalçıdırlar, bizim torpaqlarımızı işğal ediblər. Əlbəttə ki, Bako Saakyana hansısa təşkilatın orden verməsini pisləyirəm”.

 

Bunu APA-ya "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasının Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı “Böyük Pyotr” ordeni ilə təltif etməsinə münasibət bildirərkən deyib.

 

B. Səfərov bildirib ki, Rusiya kimi, digər dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Dünya ölkələri Ermənistanın işğalçı kimi qəbul edir, qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini isə tanımırlar”.

 

İcma rəhbəri qeyd edib ki, bu gün Ermənistan dövləti səfalət içində yaşayır: “Ermənistanda insanlar aclıq, səfalət içindədirlər. Qiymət artımına etiraz olaraq mitinqlər keçirirlər. Bu yaxınlarda bir rusun Qarabağda moda sərgisi keçirdiyini gördüm. Dörd qızı qayanın başına çıxarıb guya moda göstərirlər. Orada insan var, adam var ki, onlara baxsın?! Qarabağda erməni yaşayır? Biz bilirik ki, bunların hamısı tamaşa xarakterli şeylərdi”.

 

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyası ictimai qurumu tərəfindən Bako Saakyana “Böyük Pyotr” ordeni verilib. Bu, dövlət ordeni sayılmır.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR