Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Almanİyalı ekspert: “Avropa İttİfaqı Dağlıq Qarabağ münaqİşəsİnə münasİbətdə İkİlİ standartlardan İmtİna etməlİdİr”

 APA. “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda “seçkilər” keçirildi və gözlənildiyi kimi, dünyanın heç bir dövləti tərəfindən tanınmadı. Eyni zamanda çoxları, xüsusən Avropa İttifaqı Dağlıq Qarabağ məsələsinə münasibətdə ikili standartlardan çıxış edir ki, bu da münaqişənin nizamlanması yolunda əlavə maneələr yaradır”.

 

APA-nın “vestikavkaza.ru” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Berlindəki Qafqaz və Xəzər Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mattias Dornfeldt bildirib. O bildirib ki, 21 ildən çoxdur beynəlxalq hüquqa zidd olaraq erməni hərbi işğalı altında olan Dağlıq Qarabağda ötən bazar keçirilən qeyri-qanuni bələdiyyə seçkiləri region əhalisinin iradəsini əks etdirmir: “1994-cü ildə atəşkəs haqqında saziş imzalananadək ərazinin azərbaycanlı əhalisi qəddarcasına öz torpaqlarından qovulub. Hazırkı Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla, erməni hərbi qüvvələrinin qaçaraq canlarını qurtarmaq istəyən insanlara - qadın və uşaqlara qarşı həyata keçirdikləri Xocalı soyqırımı faciənin pik nöqtəsi oldu”.

 

M. Dornfeldt bəyan edib ki, erməni diasporu tərəfindən maliyyələşdirilən müşahidəçilər seçkilərlə legitimlik vermək məqsədilə monitorinq keçirsəydilər belə, seçkilərin heç bir beynəlxalq əsası olmayacaqdı. Almaniyanın nə Xankəndində olan rejimi, nə də keçirilən seçkiləri tanımadığını vurğulayan ekspertAvropa İttifaqının xalqların öz müqəddəratını təyin etmə prinsipini əsas gətirərəkDağlıq Qarabağ münaqişəsində ikili siyasət apardığını qeyd edib: “Brüssel Azərbaycanın ərazi bütövlüyünü keçmişdə həvəssiz dəstəkləyib. İndi isə belə sual yaranır: Avropalı bürokratlar nə zamana kimi Ukraynada həll edilməmiş münaqişə qaldığı müddətdə bu siyasəti davam etdirəcəklər? Azərbaycan və Ukrayna ərazilərindəki separatçılara münasibətdə ikili standartlara son qoyulmayacağı halda, nəinki çox iddialı proqram olan “Şərq tərəfdaşlığı” absurda çevriləcək, həm də Cənubi Qafqazda sülh və təhlükəsizlik zəifləyəcək”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR