Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycan prezİdentİ: "Ermənİstan İşğalçılıq sİyasətİnİ davam etdİrİr, beynəlxalq İctİmaİyyətİn çağırışlarına məhəl qoymur"

APA. "Bu gün imzaladığmız strateji tərəfdaşlıq haqqında Bəyannamədə bizim üçün ən ağrılı məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin mahiyyəti və münaqişənin həlli yolları da göstərilir. Bu mövqeyə və dəstəyə görə sizə minnətdaram".

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemanla keçirdiyi birgə mətbuat konfransında deyib.

 

Dövlət başçısının sözlərinə görə, bəyannamədə göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı, ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllini tapmalıdır.

 

"Bütün münaqişələr beynəlxalq hüququnun norma və prinsipləri əsasında həll olunmalıdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan bölgəsi uzun illərdir, erməni işğalı altındadır. Bu ərazilərdə etnik təmizlənmə siyasəti aparılıb. 1 milyondan artıq azərbaycanlı torpaqlarından didərgin düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistan işğalçılıq siyasətini davam etdirir, beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur. Bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri də yüksək səviyyədə bəyan ediblər ki, "status kvo" qəbuledilməzdir və dəyişdirilməlidir. "Status-kvo"nun dəyişdirilməsi isə işğala son qoyulması deməkdir. Biz bunu istəyirik, beynəlxalq ictimaiyyət də bunu istəyir. Əminəm ki istəyimizə nail olacağıq, Azərbaycan ərazi bütövlüyün bərpa edəcək. İnanırıq ki, beynəlxalq hüquq və ədalət zəfər çalacaq", - deyə Azərbaycan prezidenti qeyd edib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR