Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Ceyms Uorlİk: "Dağlıq Qarabağın yekun statusu məsələsİ beynəlxalq vasİtəçİlİyİn predmetİ olaraq qalır"

APA. “Dağlıq Qarabağın yekun statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır və ona hərtərəfli həllin tərkib hissəsi kimi baxılmalıdır".

 

Bu sözləri APA-ya açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi adlandırmasına münasibət bildirən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. “Biz həll prosesinin tərəflər üçün vacib olan bütün elementləri üzərində işləmək prinsipinə sadiqik”, - deyə o, söyləyib.

 

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR