Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Novruz Məmmədov: Mİnsk qrupunun həmsədrlərİ vasİtəçİlİk mİssİyasını yerİnə yetİrə bİlmİrl

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında müzakirə olunan qətnamələrə ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi düzgün deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

Son vaxtlar xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri özlərinin monopoliyasına almaq istədiklərini vurğulayan N.Məmmədov deyib: “Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini bildirib. Biz Minsk qrupundan münaqişənin həlli istiqamətində ciddi addımların atılmasını gözləyirik. Əsas məsələ budur. Münaqişənin həlli ilə bağlı heç bir addım atmayan Minsk qrupu başqa qurumlara, təşkilatlara mane olmamalıdır. Halbuki onların əsas vəzifəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etməkdir. Başqa işlərlə məşğul olmaq lazım deyil”.

“Münaqişənin həlli ilə bağlı bu günədək müxtəlif prinsiplər - Praqa prinsipi, indi Madrid prinsipi, ondan əvvəl digər yanaşmalar olub. Ancaq təəssüflər ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və həmsədrlərin passivliyi səbəbindən münaqişə həll olunmayıb. Burada əsas məsuliyyət həmsədrlərin üzərinə düşür. Minsk qrupunun həmsədrləri vasitəçilik rolunu nəinki yüksək, heç normal səviyyədə də yerinə yetirə bilmirlər. Atdıqları müəyyən addımlar isə müxtəlif yerlərdə müxtəlif fikirlər doğurur”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR