Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Prezİdent İlham Əlİyev: “Azərbaycan heç vaxt İndİkİ qədər güclü olmayıb”

-APA. “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan xalqı və dövləti torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir, iqtisadiyyat şaxələndirilir, islahatlar aparılır: “Bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi ilə bağlı icrası nəzərdə tutulan bütün tədbirlər görüləcək. 2016-cı ilin də ölkəmiz üçün uğurlu olacağına əminəm. Qazanılan bütün nailiyyətlər ancaq müstəqillik illərində əldə olunub. Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, müstəqil ölkəyik, azad xalqıq. Biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq, bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR