Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycan prezİdentİ: “Status-kvo"dəyİşməlİdİr, bu İsə torpaqlarımızın İşğaldan azad edİlməsİ deməkdİr”

APA. “Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır”
  
APA-nın məlumatına görə, bunu Bakıda Türkiyənin baş naziri Binəli Yıldırımla birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib. 
 
Dövlət başçısı bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizləmə aparılıb: “Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib, məsələ həllini tapmır. BMT qətnamələrində göstərilir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan dərhal çıxarılmalıdır. Lakin bu qətnamələr kağız üzərində qalıb, çünki ikili standartlar var. Bəzi hallarda BMT qətnamələri 1 gün ərzində icra edilir, Azərbaycana gəlincə, 20 ildir, yerinə yetirilmir. Bu, böyük ədalətsizlikdir”.
 
Prezident bildirib ki, Azərbaycan Qarabağ məsələsində hərbi-siyasi üstünlük əldə edib: “Apreldə Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirib, 2000 hektar ərazi düşməndən təmizlənib. Biz çalışacağıq ki, bu məsələ danışıqlar yolu ilə həll edilsin. "Status-kvo" dəyişməlidir, bu isə torpaqlarımızın işğaldan azad edilməsi deməkdir”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR