Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Ərdoğan: “Qarabağda vəhşİlİyə məruz qalanlardan həqİqətlərİ eşİtmək bu gün də mümkündür”

 APA. “Ermənilərin Qarabağda həyata keçirdikləri vəhşiliyə məruz qalanlardan həqiqətləri dinləmək bu gün də mümkündür”.

 

APA-nın məlumatına görə, bu gün Türkiyə İxracatçılar Şurasının 23-cü Qurultayında və ixracat çempionları mükafatlandırma mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

O qeyd edib ki, Kipr yunanlarının adada həyata keçirdikləri soyqırımlarının qurbanları hələ də yaşayırlar: “Ölkəmizi tez-tez “erməni soyqırımı” ilə təhdid edən dövlətlərin hər birinin arxasında milyonlara məsum insanın qanı var. Keçmişi araşdırsaq, bu məsələdə ən alnı açıq ölkə Türkiyədir. Bu məsələdə bir çox ölkənin keçmişi qanlı və qaranlıqdır. İndi biz önümüzə Qərb və digər dövlətlərin keçmişində yaşanan cinayətlərin siyahısını qoysaq, necə olar? Qoyaq və onların üzərində də araşdırmalara başlayaq”.

 

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR