Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Prezİdent İlham Əlİyev: “Ermənİstan təxrİbatçı əməllərİnİ davam etdİrərsə, vəzİyyət dəyİşə bİlər”

APA. “Aprel ayında Ermənistanın təxribatının qarısı alınıb, 2 min hektar ərazi azad edilib”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

 

Dövlət başçısı deyib ki, münaqişə beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Son 3-4 ay ərzində tarixdə danışıqlarda  görünməmiş fəallıq hiss edilib. Ermənistan danışıqların keçirilməsi üçün şərt irəli sürmüşdü. Bununla onlar özlərini gülünc vəziyyətə qoymuşdular. Danışıqlar Azərbaycanla bərabər Ermənistana da lazımdır. Aprel hadisələri göstərdi ki, Ermənistan təxribatçı əməllərini davam etdirərsə, vəziyyət dəyişə bilər.  Həmsədrlər Ermənistana təzyiq göstərməlidir. Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həlli variantıdır. Buna nail olmaq üçün həmsədr ölkələr və ATƏT  Ermənistana təzyiq göstərməlidir”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR