Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

“Ermənİstanın Azərbaycana təcavüzü: təhlİlİ xronİka (1987-2011)” adlı kİtabın İctİmaİ müzakİrəsİ keçİrİlmİşdİr

Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika

(1987-2011)” adlı kitabın

İctimai müzakirəsi keçirilmişdir

 

 Mayın 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim edilmiş  “Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011)” adlı kitabın Ictimai müzakirəsi keçirilmişdir.

          Tədbiri giriş sözü ilə açan Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərov bildirdi ki, iclasın gündəliyində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşəbbüsü ilə nəşr edilmiş “Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011)” adlı kitabı İctimai Birliyin İdarə Heyətinin 5 mart 2014-cü il tarixli iclasında geniş müzakirə olunmuş və Azərbaycan elmin inkişafına mühüm töhfələr təşkil edən əsər kimi qiymətləndirilərək onun Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatna təqdim olunması qərara alınmışdır.Bunu əsas götürərək “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası qarşısında vəsatət qaldırmışdır.

Bayram Səfərov qeyd etmişdir ki, təqdim edilən əsər müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradaraq son 25 illik tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə sanballı töhfədir. Xronoloji ardı­cıl­lıq­la təhlil edilən kitabda erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşaiyət olunan soyqırım cinayətləri və təcavüzünün XX əsrin sonu - XXI əsrin əvvəllərində də davam etməsi və bunun təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması  baxımından çox vacibdir.

          Kitabda Ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatların ən yüksək səviyyədə keçirilən Zirvə toplantılarında  çıxışları, nitqləri və bəyanatlarının şərhi verilmişdir ki, bu da münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin mövqeyinin dünyaya  daha dolğun və obyektiv çatdırılması baxımından əhəmiyyətli olacaqdır. MüzalirələrdəMillət vəkilləriiElman Məmmədov, Bəxtiyar Sadıqov, Aydın Mirzəzadə,  Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqalarıçixiş edərəkəsəri  müstəqillik tariximizdə Ermənistanın Azərbaycana təzavüzü ilə bağlı sistemli şəkildə yazılmış səlnamə  kimi qiymətləndirdilər.

          Erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzünün XX əsrin sonu-XXI əsrin əvvəllərində də davam etməsi və bunun təkzibolunmaz faktlar əsasında təhlil edilən ensiklopedik əsər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması  baxımından çox əhəmiyyətli olduğu bildirildi.

          Çıxış edənlər qeyd edilər ki, monoqrafiyada elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, erməni millətçilərinin ərazi iddiaları, azərbaycənlılara qarşı həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.

          Ümumilikdə isə, bu monoqrafiya azərbaycanlıların soyqırımının tanıdılması, erməni millətçilərinin cinayətkar əməlləri,  eləcə də  Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində dövlətimizin həyata keçirilən  tədbirlərə mühüm töhfə kimi qiymətləndirildi.

          Bildirildi ki, əsər  Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədovun üzünmüddətli tədqiqatlarının nəticəsi olmaqla yanaşı, eyni zamanda Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin də bir göstəricisidir. Bu baxlmdan kitabın Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasına təqdim edilməsini  yüksək qiymətləndirildi.

 Kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçisi millət vət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərovdur.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR