Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Yerli tədbirlər

“Qarabağın mədənİ İrsİnİ qoruyaq” mövzusunda tədbİr

 

 

 

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağın mədəni irsini qoruyaq” mövzusunda tədbir keçirilmişdir.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin də qatıldıqları tədbirdən əvvəl iştirakçılar Beynəlxalq Muğam Mərkəzinin foyesində Qarabağın qədim və zəngin mədəniyyətini əks etdirən sərgi ilə tanış olmuşlar. Sərgidə Qarabağın, o cümlədən Şuşanın gözəlliyini əks etdirən tablolar, bu diyarın xalçaçılıq sənətinə aid xalça və xalçaçılıq nümunələri nümayiş etdirilmişdir. Tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri Bayram Səfərov, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycanın bu dilbər guşəsinin mədəniyyətinin, incəsənətinin, musiqisinin zənginliyindən danışmış, işğalçı ermənilərin milli mədəniyyət abidələrimizi vəhşicəsinə talan etməsi haqqında faktları diqqətə çatdırmışdır.

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR