Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Yerli tədbirlər

Qarabağ Araşdırmalar Mərkəzİnİn açılış mərasİmİ

 

 

 

4 oktyabr – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) bu ali məktəbin və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə layihəsi olan Qarabağ Araşdırmalar Mərkəzinin açılış mərasimi keçirilmişdir.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, elmi ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.

Mərasimdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin əlaqələndirmə şurasının sədri Orxan Əkbərov mərkəzin yaranması ideyasından və bu qurumun vəzifələrindən danışmışdır.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov, DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, akademik Vaqif Fərzəliyev və bu qurumun analitik-informasiya mərkəzinin müdiri, DİA-nın dosenti Elçin Əhmədov yeni mərkəzin əhəmiyyətini qeyd etmiş, onun yaradılması təşəbbüsünü yüksək dəyərləndirmiş, onun fəaliyyətinə uğurlar arzulamışlar.

Vurğulanmışdır ki, Qarabağ Araşdırmalar Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılmasında, eləcə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixini, mədəniyyətini araşdıran alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi çox mühüm rol oynayacaqdır.

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR