Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Yerli tədbirlər

Dövlət Müstəqİllİyİ Gününə həsr olunmuş konfrans

18 oktyabr - “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfrans keçirilmişdir. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi (İB) və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İB-nin mərkəzi qərargahında 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfrans keçirilmişdir. Dövlət himnimizin səslənməsindən sonra konfransı giriş sözü ilə açan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycanın XX əsrdə iki dəfə müstəqillik əldə etdiyini, suveren dövlətini yaratmaq imkanı qazandığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamış, 71 il sonra SSRİ-nin süqutu ərəfəsində - 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz stabil inkişaf yoluna qədəm qoymuş, nizami ordu quruculuğunda, respublika həyatının bütün sahələrində dinamik tərəqqi əldə edilmişdir. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. İcma rəhbəri ötən 22 ildə ölkəmizin böyük, şərəfli və eyni zamanda mürəkkəb bir inkişaf yolu keçdiyini diqqətə çatdırmışdır.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin analitik-informasiya şöbəsinin müdiri Elçin Əhmədov bildirmişdir ki, ölkəmiz 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni siyasi kursun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. İctimai Birliyin analitik-informasiya şöbəsinin müdiri Bildirmişdir ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici mərhələ olmuş, məhz həmin dövrdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, dövlətimiz dünya birliyinə müvəffəqiyyətlə inteqrasiya olunmuşdur.

Tədbir Şuşa məktəbləri şagirdlərinin ifasında müstəqilliyimizə, ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyanın təqdim edilməsi ilə başa çatmışdır.

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR