Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Görüşlər

Azərbaycan Respublİkasının İşğal olunmuş Şuşa şəhərİ İlə qardaşlaşmış Macarıstanın Gyöngyöş şəhərİnİn Merİ və nümayəndə heyətİ İlə görüş

 

 

 

2013-cü il mayın 9-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhəri ilə Macarıstan Respublikasının Gyöngyöş şəhəri arasında qardaşlaşma haqqında bəyanat imzalanmışdır. Qardaşlaşma bəyanatının davamı olaraq cari ilin 29 oktaybr-2 noyabr tarixlərində Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Gyöngyöş şəhərinin Meri nümayəndə heyəti ilə Bakıya səfər etmişdir. Nümayəndə heyətini Gyöngyöş şəhərinin meri Farago Laszlo, Macarıstanın Jobbik partiyasının nümayəndəsi Keves Tamas, VAMAV şirkətinin direktoru Sandor Ferenc, kənd təsərrüfatı məhsulları və heyvandarlıq sahəsi üzrə ekspert Szecsko Tamas təmsil etmişdir.     

Səfərin birinci günü oktaybrın 29-da  nümayəndə heyəti Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə birgə Zəngilan rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak etmişlər. Anım tədbirində nümayəndələr Zəngilanla bağlı əyani vəsaitlərlə tanış olmuş və tədbirə iştirak edən dövlət və hökümət nümayəndləri ilə görüşmüşlər. Anım tədbiri zamanı qonaqlar həmçinin Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, Qaçqınların və Məcbur Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri Əli Həsənovla görüşmüşlər. 

Daha sonra qonaqlara Bakı şəhərinə tanışlıq məqsədi ilə geniş şəhər gəzintisi təşkil olunmuşdur. Qonaqlar Bakının qədim və müasir arxiterura tikililərini özündə birləşdirən abidələri ilə tanış olmuşdurlar.

Səfərin ikinci günü - oktaybrın 31-də nümayəndə heyəti Azərbaycan Respublkasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə ərsəyə gətirdiyi “Qarabağ Araşdırmalar Mərkəzi”ndə olmuşdur. Qonaqlar Mərkəzin iş fəaliyyəti, mərkəzdə olan əyani və elektron vəsaitlərlə tanış olmuşdurlar. Müxtəlif dillərdə 3000-dən çox kitabın cəmləşdiyi Mərkəzdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında daha ətraflı və dolğun məlumat verilmişdir.

Sonra qonaqlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Mərkəzi qərargahında İcmanın üzvləri ilə görüş keçirmişdirlər. Görüş zamanı qonaqlar İcmanın fəaliyyəti, iş prinsipi, görülmüş işlər və qarşıda duran məqsədlərlə atraflı tanış olmuş, Macarıstanın bu məsələlərdə İcmay ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı sıyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yolları və yeni üsulları qonaqlarla birgə müzakirə olunmşdur.

Səfərin üçüncü günü - oktaybrın 31-də qonaqlar Bakı şəhəri Ramana qəsəbəsində yerləşən Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün salınmış şəhərciyə səfər etmişlər. Qonaqlar qəsəbədə məcburi köçkünlər üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, həmçinin məcburi köçkün uşaqların təhsil aldığı orta məktəbin, Musiqi və Mədəniyyət məktəbinin fəaliyyəti ilə də yaxından tanış olmuş, məktəbin öz fəaliyyət dərnəyinin ifasında macarıstanlı qonaqlaqa Qarabağın zəngin mədəniyyətini özündə əks etdirən bədii kompazisiya nümayiş olunmuşdur. Daha sonra qonaqlar şəhərcikdə yaşayan ailələrdən birinin qonağı olmuş, məcburi köçkünlərə dövlətimizin göstərdiyi diqqət və qayğı ilə yerindəcə tanış olmuşlar. Bununla yanaşı, qonaqlara erməni qəsbkarların dinc əhaliyə qarşı törətdikləri vandalizmlə bağlı məlumat verilmişdir.

Səfərin son günü – noyabrın 1-də numayəndə heyəti Şuşa rayon İcra Hakimiyyətinin və Dağlıq Qarabağın Azərnbaycanlı İcmasının nümayəndələri ilə birgə Quba şəhərinə səfər etmiş və “Quba Soyqrımı Memorial Kompleksini” ziyarət etmişlər. Son 200 ildə, eləcə də XX əsrin əvvəllərində xalqımızın başına gətirilən müsibətlər,      o cümlədən 1918-ci ildə Qubada törətdiyi vəhşiliklərlə tanış olan qonaqlar, arxeloji qazıntılar zamanı orataya çıxmış məzarlığı da ziyarət etmişlər. Eyni zamanda,  memorial komleksdə hazırlanmış yüksək səviyyəli əyani vəsaitlər sayəsində ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasəti haqqında daha geniş və dolğun məlumat ala bilmişlər. qonaqlar kompleksdə xüsusi qonaqlar üçün ayrılmış kitaba ürək sözlərini də qeyd etmişdirlər. Həmçinin zəngin mədəniyyətə malik Qubanın tarixi ilə yaxından tanış olan qonaqlar Quba şəhərində fəaliyyət göstərən “Qədim Quba” xalça sexini ziyarət etmiş, burada Azərbaycanın öz qədim adət və ənənələrini özündə əks etdirən xalçalarla tanış olmuşlar.

Səfərində sonunda yenidən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri və Şuşa rayon İcra Hakimiyyətinin işçiləri ilə bir araya gələn qonaqlar səfərin əhəmiyyəti və bu əlaqələrin iki dost və qardaş ölkə arasında yaradacağı ikitərəfli geniş əlaqələrdən danışmışlar. Ümumilikdə, səfərin çox məhsuldar keçməsini bildirən qonaqlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən bir millətə qarşı törədilmiş soyqırım aktı kimi tanınacağını və məcburi köçkünlərin öz doğma yurd yuvalarına qayıdacaqlarına əmin olduqlarını bildirmişlər.

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR