Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Yerli tədbirlər

“Ermənİstanın Azərbaycana təcavüzü: təhlİlİ xronİka (1987-2011)” adlı kİtabının təqdİmat mərasİmİ

 

 

 

18 noyabr – Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının qərarı ilə nəşr olunmuş kitabın təqdimat mərasimdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş  sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bildirmişlər ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.

Məlumat verilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun elmi redaktorluğu ilə nəşr olunan bu sanballı tədqiqat əsərinin rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovdur.

Diqqətə çatdırılmışdır ki, kitabın giriş hissəsində elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də digər tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilmişdir.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov demişdir: Qarabağ nisgili, Qarabağ problemi hər birimizin fəaliyyətindən qırmızı xətlə keçir və keçməlidir. Peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyətinin ayrıca bir istiqaməti, ayrıca bir hədəfini işğal olunmuş torpaqlarımızın azad olunması missiyası təşkil etməlidir.

Ensiklopedik səciyyə daşıyan kitabın xarici dillərə tərcümə olunmasının vacibliyinə toxunan Əli Həsənov demişdir ki, bu nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xüsusi mükafata layiq görmüşdür.

Təqdimat mərasimində Mili Məclisin deputatları Fəttah Heydərov, Mübariz Qurbanlı, Bəxtiyar Əliyev, Elman Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edərək tariximizin öyrənilməsi baxımından kitabın böyük əhəmiyyət daşıdığını söyləmiş və müəllifə uğurlar arzulamışlar.

Çıxışlarda vurğulanmışdır ki, müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradan bu monoqrafiya son 25 illik tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə sanballı töhfədir, gələcək tədqiqatlarda onun dolğun və dəqiq informasiya daşıyıcısı kimi mühüm rolu olacaqdır. Geniş oxucu auditoriyasının, politolqların, tarixçilərin, o cümlədən xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislərin marağına səbəb olacaq kitab ermənilərin ərazi iddialarının, münaqişənin tarixinin, dünya birliyi və beynəlxalq təşkilatların mövqeyinin öyrənilməsi baxımından da dəyərli mənbədir.

Sonda kitabın müəllifi Elçin Əhmədov son illər Azərbaycan Prezidentinin torpaqlarımızın azad edilməsi istiqamətində gördüyü çoxsaylı işlərdən, yeritdiyi qətiyyətli siyasətdən söz açmışdır.

Müəllifi olduğu kitabın ərsəyə gəlməsinə dəstək verənlərə minnətdarlığını bildirən E.Əhmədov tariximizin gənc nəslə çatdırılması istiqamətində bundan sonra da əlindən gələni əsirgəməyəcəyini söyləmişdi.

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR