Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Görüşlər

Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttİfaqının Bakıda keçİrdİyİ "Bərabər İştİrak üçün bİrgə qatıl!" adlı beynəlxalq semİnarda İştİrak edən xarİcİ ölkələrİn nüfuzlu gənclər təşkİlatlarının üzvlərİ Bakı şəhərİ, Ramana qəsəbəsİndə yerləşən və əslən Şuşa rayonundan olan məcburİ köçkünlərİn məskunlaşdığı şəhərcİyə səfər edİblər.

 

 

 

23 noyabr -  Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Bakıda keçirdiyi "Bərabər iştirak üçün birgə qatıl!" adlı beynəlxalq seminarda iştirak edən xarici ölkələrin nüfuzlu gənclər təşkilatlarının üzvləri Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən və əslən Şuşa rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə səfər ediblər. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının dəstəyi ilə baş tutan bu görüşdə 10-dan artıq ölkəni təmsil edən gənclər məcburi köçkünlərlə söhbət zamanı Şuşa sakinləri Azərbaycanın Ermənistan tərərifindən üzləşdiyi işğalçılıq siyasətinin fəsadlarından danışıblar. Qonqalara münaqişə nəticəsində evlərindən qovulmuş bir milyon qaçqın və məcburi köçkünlər barədə məlumat verilib.

 Həmçinin gənclər qəsəbədə fəaliyyət göstərən Şuşa rayon Malıbəyli kənd Musiqi Məktəbinin və Xankəndi şəhəri 4 saylı tam təmaüllü orta məktəbin də fəaliyyəti ilə yaxından tanış olmuşdurlar.

 Macarıstan, Rumıniya, Moldova, Yunanıstan, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə, Latviya və Rusiyadan olan gənclər Şuşadan olan məcburi köçkünlərin yaşayış səviyyəsi ilə maraqlanıblar. Dövlətimizin diqqət və qayğısı nəticəsində məcburi köçükünlər üçün yaradılmış şəraiti yüksək qiymətləndirən gənclər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dinc əhalinin yaşayış yerlərini itirmələrindən təəsüfləndiklərini bildirmişdirlər. Eyni zamanda qonaqlar qeyd etmişdirlər ki, münaqişənin tezliklə sülh yolu ilə həll olunacağına və Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyinə inanırıq. Azərbaycanın haqlı mövqeyi göz önündədir və dünya birliyinin çox qısa zamanda bu münaqişəyə düzgün qiymət verərək həll olunmasında hər bir yardımı edəcəyinə əminik.

Sonda qonaqlar Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyəti ilə də yaxından tanış olmuş və gələcək əməkdaşlıq üçün bir sıra məsələlər müzakirə olunmuşdur. 

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR