Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Yerli tədbirlər

2013-cü İldəkİ fəalİyyətİn yekunlarına və 2014-cü İldə qarşıda duran vəzİfələrə daİr hesabat İclası

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında 2013-cü ildəki fəaliyyətin yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib. İclası giriş sözü ilə açan birliyin İdarə Heyətinin sədri Bayram Səfərov görülən işlər barədə ümumi məlumat verib.

Sonra İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov İcmanın 2013-cü ildə həm ölkə daxilində, həm də xarici ölkələrdə həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında danışıb.

Daha sonra Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov  Mərkəzin yaradılmasının məqsədləri və gələcək fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Hesabatlar dinlənildikdən sonra icmanın idarə heyətinin üzvləri, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla çıxış edərək ötən dövr ərzində keçirilən tədbirləri dəyərləndirərək, Ermənistan-Azərbaycan münaqişəsi haqqında dünya birliyinin məlumatlandırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

İdarə heyətinin üzvləri, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək icmanın fəaliyyətinin operativ və fəal olduğunu bildiriblər. Toplantıda qeyd edilib ki, icma daxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətin daha səmərəli təşkili məqsədilə yeni fəaliyyət istiqamətlərinin qurulması təqdirəlayiqdir.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR