Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Görüşlər

Mİllİ Azlıqların Problemlərİnə daİr Avropa Mərkəzİnİn araşdırmaçıları Zora Popova, Raul Carstocea və layİhələr üzrə əlaqələndİrİcİsİ Tamarİ Bulİa İlə görüş

29 yanvar – “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın qərargahında baş qərargahı Almaniyada yerləşən Milli Azlıqların Problemlərinə dair Avropa Mərkəzinin araşdırmaçıları Zora Popova, Raul Carstocea və layihələr üzrə əlaqələndiricisi Tamari Bulia ilə görüş keçirilib.

Görüşdə İcmanın rəhbəri Bayram Səfərov, Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və icma əməkdaşları iştirak ediblər.

Bayram Səfərov Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bu münaqişənin həlli istiqamətində gördüyü işlər haqqında danışıb, bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və münaqişənin həllində qətiyyətli mövqe göstərmədiklərini vurğulayıb. Milli Azlıqların Problemlərinə dair Avropa Mərkəzinin araşdırmaçıları isə bildiriblər ki, beynəlxalq hüquq baxımından bu münaqişənin həllində Azərbaycanın haqlı mövqeyi heç kəsə sirr deyil. Lakin bir çox Avropa ölkələrində sadə xalqın münaqişə ilə bağlı kifayət qədər məlumatı azdır və bu istiqamətdə yeni layihələr həyata keçirmək vacibdir. Araşdırmaçılar hesab edirlər ki, bu baxımdan iki icma arasında görüşün təşkil olunması çox vacibdir və bu cür görüşlər həm münaqişənin həlli istiqamətində, həm də münaqişənin həll olunmasından sonra iki xalqın birgə yaşamasında çox müsbət rol oynayacaq. Bayram Səfərov isə nəzərə çatdırıb ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması bu görüşün təşkili istiqamətində bir çox addımlar atıb, amma Ermənistan hökumətinin tutduğu destruktiv mövqe bu görüşlərə mane olur. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə ölkənin ərazi bütövlüyü çərçivəsində ən yüksək statusun verilməsinə hazırdır: “Biz də Dağlıq Qarabağda olan ermənilərlə Azərbaycan dövlətinin vətəndaşı kimi birgə yaşamağa hazırıq”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR