Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Yerli tədbirlər

Qarabağ Araşdırmalar Mərkəzİndə alİ məktəb tələbələrİ üçün Qarabağ həqİqətlərİ haqqında qısamüddətlİ kurslar başlanmışdır

18 fevral – Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri haqqında qısamüddətli kurslar başlanmışdır.  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kursların açılışı olmuşdur.

Mərasimdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov kursların keçirilməsinin məqsədlərindən danışmışdır. Rektor qeyd etmişdir ki, məqsədimiz son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.

Kurslarda “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər). DQMV-nin yaradılması və nəticələri”, “Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri”, “XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri. Xocalı soyqırımı; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlarda”, “Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi” və s. mövzularda proqram üzrə ayrı-ayrı mütəxəssislər və bu sahənin tədqiqatçıları tərəfindən mühazirələr oxunacaqdır.

Kursların sonunda dinləyicilərə müvafiq sertifikatların verilməsi nəzərdə tutulmuşdur. Fevralın 18-dən 28-dək davam edəcək kursların ilk dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri olacaqlar.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR