Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Görüşlər

Böyük Brİtanİyanın Xarİcİ məsələlər ofİsİnİn Cənubİ Qafqazda münaqİşələr üzrə müşavİrİ Dr. Krİstofer Joys, Böyük Brİtanİyanın Azərbaycandakı səfİrİ İrfan Sİddİq İlə görüş

11 mart – Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Böyük Britaniyanın Xarici məsələlər ofisinin Cənubi Qafqazda münaqişələr üzrə müşaviri Dr. Kristofer Joys, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun görüşü keçirilib.

İdarə Heyətinin üzvləri, millət vəkilləri Elman Məmmədov, Rövşən Rzayev, icmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərovun iştirak etdiyi görüşü giriş sözü ilə açan Bayram Səfərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyəti haqqında geniş məlumat verib.

O bildirib ki, münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan beynəlxalq təşkilatlar hələ də ikili standartlara yol verirlər: “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır və biz bu istiqamətdə həm Aİ-dən, həm böyük dövlətlərdən, eləcə də Böyük Britaniyadan, həmçinin bu məsələ ilə məşğul olan digər qurumlardan qətiyyətli mövqe gözləyirik”.

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq deyib ki, 22 ildən artıq bir zaman ərzində Dağlıq Qarabağ və ətraf rayonlardan olan qaçqın və məcburi köçkün insanların öz doğma torpaqlarına gedə bilməməsi böyük ədalətsizlikdir: “Münaqişənin həllində əsas prinsiplər kimi münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şərtlərdəndir”.

Görüşdə çıxış edən millət vəkilləri Rövşən Rzayev və Elman Məmmədov dövlətimizin məcburi köçkünlər üçün yaratdığı şəraitdən danışaraq bildiriblər ki, dövlət məcburi köçkünlərin sosial-iqtisadi problemlərini mərhələ-mərhələ həll etsə də, bu insanların hər biri öz doğma torpaqlarına qayıtmaq istəyirlər. E.Məmmədov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunu, Aİ, BMT və digər beynəlxalq qurumları qətiyyətli olmağa çağırıb.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR