Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Qarabağ Araşdırmalar Mərkəzİndə Alİ məktəb tələbələrİ üçün Qarabağ həqİqətlərİ haqqında növbətİ qısamüddətlİ kurslar başa çatmışdır

Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində Ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətlı kurslara yekun vurulmuşdur.

Aprelin 1-dən - 11-dək  davam edən kursların bu dəfəki  dinləyiciləri Bakı Slavyan Universitetinin tələbələri olmuşlar. Sonuncu mühazirəni Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər söbəsinin müdiri, professor Əli Həsənov “Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi” mövzusunda oxumuşdur. Münaqişənin nizama salınması prosesində Erməniştanın təcavüzkar siyasətindən,  qeyri-konstruktiv müvqeyindən  danışmaqla yanaşı,  Azərbaycanın apardığı diplomatik səylərini, son vaxtlar dövlətimizin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edən Əli Həsənov eyni zamanda dinləyicilərin nəzərinə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini vurğulamışdır. Bu səbəbdən biz  Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl  və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir. Bununla yanaşı, Əli Həsənov tələbələrin nəzərinə çatdırdı ki,  biz,  dövlət başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa olunmasına nail olmalıyıq.

Kurslarda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri  və mərhələləri”,  AMEA Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov  “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”; tarix elmləri doktoru, professor Solmaz Toqidi-Rüstəmova “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”; Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı "Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)"; “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə heyətinin üzvü, Xocavənd rayon icra hakiliyyətinin başçısı Eyvaz Hüseynov  “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyrırım siyasəti. Qaradağlı soyqırımı”; “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə heyətinin üzvü, Milli Məslisinin deputatı Elman Məmmədov “Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsi. Xocalı soyqırımı”;  Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyi” mövzularda proqram üzrə mühazirələr oxumuşlar.

 Kusların sonunda dinləyicilərə müvafiq sertifikatkar təqdim edilmişdir.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR